Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Ağdam rayonunda ümumi məhsul buraxılışı 28 faiz artıb
Ağdam rayonunda ümumi məhsul buraxılışı 28 faiz artıb |
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağdam rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının inkişafı təmin edilib.
Ağdam Rayon Statistika İdarəsindən bildiriblər ki, 2021-ci ilin yanvar-iyun aylarında ilkin məlumata görə, iqtisadiyyatın bütün sahələri üzrə 107 milyon 634 min manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövründəkindən 23 milyon 536,2 min manat və ya 28 faiz çoxdur. Məhsul buraxılışının 62 milyon 585,6 min manat və ya 58,2 faizi aparıcı sahə olan kənd təsərrüfatının payına düşür. Bu dövrdə 11 milyon 402,2 min manatlıq sənaye məhsulu istehsal olunub, 25 milyon 127 min manatlıq tikinti-quraşdırma işləri görülüb. Ümumi məhsulun 278,3 min manatı nəqliyyat və anbar təsərrüfatından, 371,5 min manatı informasiya və rabitədən, 7 milyon 869,5 min manatı ticarət sektorundan əldə edilib. Geri dön |