Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı dil təlimlərinə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı dil təlimlərinə başlayıb

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı dil təlimlərinə başlayıb


Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı tələbələr arasında xarici dil biliklərinin inkişaf etdirilməsi istiqamətində açıq havada təlimlərə başlayıb.

BDU-dan bildiriblər ki, ilk təlim alman dili üzrə keçirilib. Təlimin məqsədi tələbələrin alman dilində danışıq səriştəsinin artırılması, bacarıqlarının təkmilləşdirilməsi, əldə etdikləri dil biliklərinin inkişaf etdirilməsidir.

Təlimin ilk günündə təlimçi, Filologiya fakültəsinin III kurs tələbəsi Murad Məmmədov iştirakçılara alman dilinin qrammatikası, gündəlik danışıqda ən çox istifadə edilən sözlər haqqında məlumat verib. O, tələbələrin alman dilinin qrammatikası, yeni sözlərlə bağlı suallarını cavablandırıb.

Təlimlərin həftədə iki dəfə olmaqla müxtəlif dillər üzrə davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.

Geri dön