Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Koronavirus üzrə ekspertlər şurasının sədri Yaponiyada fövqəladə vəziyyət rejiminin tətbiqinə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Koronavirus üzrə ekspertlər şurasının sədri Yaponiyada fövqəladə vəziyyət rejiminin tətbiqinə çağırıb

Koronavirus üzrə ekspertlər şurasının sədri Yaponiyada fövqəladə vəziyyət rejiminin tətbiqinə çağırıb


Yaponiya hökuməti yanında koronavirus üzrə ekspertlər şurasının sədri Omi Şiqeru bütün ölkə ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqinə çağırıb.

Bu barədə təkliflə o, Yaponiya parlamentinin komitələrindən birində keçirilən müzakirələr zamanı çıxış edib. Ekspertlər şurasının sədri bildirib ki, virusun “Delta” ştamı xəstəliyin yayılmasında aparıcı rol oynayır. O.Şiqeru qeyd edib ki, Yaponiya sakinləri artıq fövqəladə vəziyyət rejiminə alışıblar və bu koronavirusun yeni ştamının yayılmasının qarşısını almağa müsbət təsir göstərə bilər.

Xatırladaq ki, hazırda Yaponiya paytaxtında və daha beş prefekturada fövqəladə vəziyyət rejimi hökm sürür. Bu rejimin bütün ölkədə tətbiqini təklif edən O.Şiqeru bundan sonra həyata keçiriləcək tədbirləri müzakirə etməyi də təklif edib.

Qeyd edək ki, Yaponiyanın Baş naziri Yoşihide Suqa COVID-19-la bağlı hökumətin yeni siyasətini elan edib. Bu siyasətə görə, ağır simptomları olmayan xəstələrdən evdə müalicə almaq xahiş olunur.

Əlavə olaraq bildirək ki, bir gün əvvəl paytaxt Tokioda və bir sıra digər prefekturalarda koronavirusa yoluxma ilə əlaqədar antirekordlar qeydə alınıb. Belə ki, hesabat dövründə Tokioda 4166, Kanaqavada 1484, Osakada, Saytamada 1200, Çibada 840, Fukuokada 752 yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki göstəriciləri xeyli üstələyir.

Geri dön