Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Babil lövhəsində tətbiqi həndəsədən istifadə edilmənin ən qədim nümunəsi tapılıb
Babil lövhəsində tətbiqi həndəsədən istifadə edilmənin ən qədim nümunəsi tapılıb |
Babil lövhələrindən birində Mesopotamiyanın qədim əhalisinin Pifaqora qədər triqonometriyanın əsaslarını bilməsinə dair sübut tapılıb. Tədqiqatın nəticələri “Foundations of Science” jurnalında dərc edilib.
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəllifi Deniel Mansfildin sözlərinə görə, lövhə qədim Babil dövrünün kadastr sənədi təsəvvürünü yaradır. Lövhədə satışdan sonra bir neçə hissəyə bölünmüş ərazinin hüquqi və həndəsi təsviri verilib. Mansfild fransız arxeoloqların XIX əsrin sonunda İraqın mərkəzində tapdıqları Si.427 lövhəsini tədqiq edib. Lövhədəki mətndə müəyyən sahə təsvir olunur. Sahənin mübahisə edən sahibləri – kişi və qadın onu iki hissəyə ayırmağa çalışmışlar. Riyaziyyatçı hesab edir ki, bu sənədin nədən ötrü olduğunu və orada yazılan rəqəmlərin mənasını digər lövhə - 5 il əvvəl tədqiq etdiyi Plimpton 322 sayəsində öyrənib. Rəqəmlərdən ibarət həmin lövhə tarixdə ilk triqonometrik cədvəl təsəvvürü yaradıb. Sonra tədqiqatçı diqqət yetirib ki, Si.427 lövhəsinin müxtəlif hissələrində rəqəmlər Plimpton 322 lövhəsində olanlarla üst-üstə düşüb. Bunlar “Pifaqor” üçlüyü – düzbucaqlı üçbucağın tərəfləri ola bilən ədədlər yığını olub. Bu cür uyğunluq Mansfildi belə bir fikrə yönəldib ki, ikinci lövhə özünəməxsus “şparqalka” olub: o, yazanlara sahələrin həndəsi formasını müəyyənləşdirməyə və üçbucaqlara bölməklə onların sahəsini hesablamağa kömək edib. Alimin fikrincə, bu, Mesopotamiyada şəxsi mülkiyyət meydan gəldikdən sonra şumluq torpaq sahəsinin ölçülməsi zamanı aidiyyəti qurumun daim problemlərlə qarşılaşması nəticəsində meydana gəlib. Riyaziyyatçı deyib: “Hesab edilir ki, triqonometriyanı eramızdan əvvəl ikinci əsrdə qədim yunan astronomları icad etmişlər. Bu lövhənin analizi göstərir ki, babillilər onları qabaqlamışlar”. Hazırda Mansfild qədim Babil əhalisinin riyaziyyatın bu qəribə formasından necə istifadə etdiklərini tapmaq ümidilə həmin dövrün gil lövhələrinin fotolarını araşdırır . Tədqiqatçının fikrincə, bu axtarış ona nəinki nəinki öz nəzəriyyəsini təsdiqləməyə, həm də Si.427 lövhəsində indiyədək qaranlıq qalan bir neçə rəqəm kombinasiyasının mənasını aydınlaşdırmağa kömək edəcək. Geri dön |