Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsti hava şəraitində qida məhsullarının düzgün saxlanılmaması zəhərlənmələrə səbəb ola bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İsti hava şəraitində qida məhsullarının düzgün saxlanılmaması zəhərlənmələrə səbəb ola bilər

İsti hava şəraitində qida məhsullarının düzgün saxlanılmaması zəhərlənmələrə səbəb ola bilər


Yay mövsümündə müəyyən patogen mikroorqanizmlərin inkişafı və çoxalması qida zəhərlənmələrinə səbəb ola bilər. Məhsullar düzgün yuyulub bişirilmədikdə və soyuducuya vaxtında yerləşdirilmədikdə tez xarab olur. Patogen mikroorqanizmlər üçün ən əlverişli temperatur 5-60 dərəcə S aralığıdır. Ona görə də qida məhsullarının saxlanılması üçün 2-40 dərəcə S temperatur aralığı tövsiyə olunur. Qida məhsulları minimum 70 dərəcə S temperaturda və daha yüksək istilikdə bişirilməlidir, çünki onun tərkibində olan patogen mikroorqanizmlərin bir çoxu məhv olur.

Əsasən ət və tərəvəz xörəklərinin bişirilmə texnologiyasına düzgün əməl olunmalıdır, çünki ət çiy qaldıqda və ya tərəvəz yaxşı təmizlənmədikdə tərkibində mikroorqanizmlər çoxalır. Həkimlər bildirilər ki, belə hallarda da qida zəhərlənmələri baş verir

Həkim-terapevt Nahid Məhərrəmov deyib: “Qida məhsulları lazımi temperaturda saxlanılmadıqda orqanizmdə müəyyən problemlər - məsələn, mədə-bağırsaq sistemində ishal yarada və yaxud geridönməz ishal, yaxud qaraciyərdə narahatlıq, ürəkbulanmaya səbəb ola bilər. İshal zamanı maye itilməsi nəticəsində təzyiq aşağı düşməsi bayılmaya aparıb çıxara bilər. İsti hava şəraitində bunlar üçün daha əlverişli şərait yaranmış olur”.

Qida mütəxəssisləri deyirlər ki, xörəklər, salatlar və qəlyənaltılar hazır olandan 1-2 saat sonra soyuducuya yerləşdirilməlidir. Tez xarab olan yeməklər 2 saatdan çox açıqda qalmamalıdır. Yüksək risk qrupuna daxil olan qidalarla xüsusilə ehtiyatlı olmaq lazımdır. Buraya ət və ət məhsulları, süd və süd məhsulları daxildir. Yaxşı olar ki, həmin məhsullar istehlak edilərkən saxlanmaq şəraitinə və istifadə qaydalarına düzgün əməl olunsun, çünki onların tərkibində yüksək qidalılıq dəyəri var və içərisində nəmliyin miqdarı da çoxdur.

Yaxşı olar ki, istehlak edilən məhsullar lazımi miqdarda bişirilsin. Daha sonra az miqdarda kiçik həcmli qablara yerləşdirilsin, çünki böyükhəcmli qablaşdırma zamanı qidanı hər dəfə servis üçün soyuducudan çıxaranda temperatur balansı pozulur.

Geri dön