Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Ermənistanda Kəlbəcərlə sərhədə səfir göndərmiş 3-cü ölkə oldu - sülhə xeyri varmı…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > İran Ermənistanda Kəlbəcərlə sərhədə səfir göndərmiş 3-cü ölkə oldu - sülhə xeyri varmı…

İran Ermənistanda Kəlbəcərlə sərhədə səfir göndərmiş 3-cü ölkə oldu - sülhə xeyri varmı…


Fərəc Quliyev: “Onların bu addımları bölgədə sülhün, təhlükəsizliyin təmin olmasına yönəlməyib”

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə həmin ölkənin Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd olan Qeqarkunik bölgəsinə səfər edib.

Hərbi hissənin komandiri, general-mayor Arayik Arutyunyan qonaqlara Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Səfir və attaşe Verin Şorja kəndi yaxınlığındakı sərhəd zonasını da ziyarət edib. İki ölkə arasındakı sərhəd mübahisələrinin davam etməsindən narahatlığını ifadə edən Zohuri hər iki tərəfin təmkinli olmasının və mövcud mübahisələrin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. O, son qarşıdurmalarda öldürülən əsgərlərin ailələrinə də başsağlığı verib.

Həmçinin, səfir Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsinin bütün bölgə xalqlarının maraqlarına uyğun gəldiyini və İranın bölgədə sabitliyin bərqərar olması üçün lazımi səylər göstərəməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, indiyədək yalnız ABŞ və Fransa səfirlərinin ziyarət etdiyi Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərinə İran rəsmilərinin səfəri bir sıra haqlı suallar doğurur. Təkcə onu xatırlamaq kifayətdir ki, ikinci Qarabağ savaşı günlərində cənub qonşumuzun xarici işlər naziri Cavad Zərif Ermənistanın ərazi bütövlüyünü İranın qırmızı xətti adlandırmışdı. İndi isə İslam Respublikası qeyd olunan ərazilərə öz səfirini göndərir. Bəs görəsən, 30 illik erməni işğalı ərzində İran müsəlman Azərbaycanının ərazi məsələlərinə qarşı niyə belə həssaslıq və qayğı gəstərməyib? İranın bu səylərinin sülhə faydası varmı?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran heç vaxt bizə normal münasibət bəsləməyib: “Onların hər zaman müəmmalı davranışları olub. 30 il müddətində bizim ərazilərimiz işğal altında qalanda sülh çağrışlarını bu şəkildə etməyib. Biz torpaqlarımızı azad edəndən sonra dərhal narahatlıqları başlayıb ki, ərazidə hərbi əməliyyatlar olmasın, qoşunlar toplanmasın. Bizim ərazilərimiz işğalda olanda onlar bizim başımızın üzərindən gedib Şuşada məscid təmiri ilə məşğul olub. Azərbaycan tərəfinin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, separatçı rejimə yanacaq və başqa yüklər daşıyıb. Döyüş gedən dönəmdə Ermənistana 9 tona qədər silah-sürsat verib. İndi də gedib başqa ərazilərdən bizə boylanır. Bizim sərhədimizi bərpa etməyimiz onları narahat edir. Onlara xəbərdarlıq edilməlidir ki, hədlərini aşmasınlar. Onların bu addımları bölgədə sülhün, təhlükəsizliyin təmin olmasına yönəlməyib. Bunların altında müəmmalar yatır. Ayıq və sayıq olmalıyıq və ümumiyyətlə İrandan yaxşı nəsə gözləməməliyik. İranın institutlaşmış bir siyasəti var - Şimali Azərbaycan zəif olsun. Ən böyük arzuları isə budur ki, ümumiyyətlə olmasın. Onlar hesablayır ki, Azərbaycan gücləndikcə Güneydəki soydaşlarımız da öz haqlarını istəyəcək. Maksimum ehtiyatlı olmalıyıq, İranın bu davranışlarına etirazımız bildirməliyik”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön