Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputat: Əhalinin əksər hissəsi qısa zamanda peyvəndlənməsə, yenidən qapanmalara getməyimiz qaçılmaz görünür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Deputat: Əhalinin əksər hissəsi qısa zamanda peyvəndlənməsə, yenidən qapanmalara getməyimiz qaçılmaz görünür

Deputat: Əhalinin əksər hissəsi qısa zamanda peyvəndlənməsə, yenidən qapanmalara getməyimiz qaçılmaz görünür


Mütəxəssislərin qənaətinə görə, koronavirus (COVID-19) infeksiyası düşündüyümüzdən də çox qorxuludur. Dünyada COVID-19 infeksiyası qlobal pandemiya elan ediləndən sonra Azərbaycan ÜST-in çağırışına ilk cavab verən ölkələrdən biri oldu. ÜST ilk gündən qlobal pandemiya ilə mübarizə qaydalarını müəyyənləşdirdi və səmərəli mübarizənin təşkili üçün mütəmadi tövsiyələrini verdi. Dövlətimizin başçısı Prezident İlham Əliyev COVID-19-un yaradacağı problemləri qabaqcadan görürdü, həmçinin bilirdi ki, tezliklə dünyada tibbi maska və qoruyucu vasitələrin çatışmazlığı baş verəcək. Ona görə də ölkəmizdə tibbi maska və qoruyucu vasitələrin istehsalı sahələri yaradıldı. Bu gün demək olar ki, COVID-19-a qarşı mübarizədə istifadə olunan qoruyucu vasitələrin hamısı ölkəmizdə istehsal olunur və tələbatımız tam şəkildə ödənilir. Qısa müddətdə 50-yə yaxın xəstəxana COVID-19 xəstələrinin müalicəsinə yönləndirildi, “Yeni klinika” və ixtisaslaşmış müasir tipli modul xəstəxanaları tikilib istifadəyə verildi. Azərbaycan əhalisinin vaksinasiyasına başlanıldı. O cümlədən iqtisadi vəziyyəti zəif olan ölkələrə yardımların göstərilməsi üçün ÜST-ə 10 milyon dollar ianə olundu, nəticədə 30-dan çox ölkəyə birbaşa yardımlar göndərildi. Bu fəaliyyətlərimizə görə ÜST Azərbaycanı yeni növ koronavirusa qarşı mübarizədə dünya ölkələri üçün nümunə olduğunu dəfələrlə qeyd edib.

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat qeyd edib ki, əhalidən karantin rejiminin tələblərinə riayət edilməsi tələb olunur. Görülmüş bütün tədbirlər koronavirusa yoluxma dinamikasını nəzarətdə saxlamağımıza imkan verdiyi üçün çox uğurlu nəticələr əldə olundu. Keçən il tətbiq edilmiş karantin rejimi qaydalarında bu il yumşalmalar oldu. Bu addımdan sonra insanlar gündəlik normal həyata qayıtmağa başladı. Bununla yanaşı, Operativ Qərargah hər gün əhaliyə qapalı məkanlarda tibbi maskanın taxılması ilə bərabər, sosial məsafənin gözlənilməsini və kütləvi tədbirlərin keçirilməsi üçün müəyyənləşdirilmiş qaydalara riayət olunmasını tövsiyə etdi. Həmçinin insanları kütləvi vaksinləşmədə iştirak etməyə çağırdı.

A.Badamov deyib ki, bütün çağırışlara baxmayaraq, bəzi insanlarda koronavirus infeksiyasının yoxa çıxması ilə bağlı fikir formalaşdı. Təbii ki, hazırda bunun mənfi nəticələrini görürük. Son günlər ölkəmizdə koronavirusa yoluxmaların və bu xəstəlikdən dünyasını dəyişənlərin sayında artımlar müşahidə edilməsi bizim üçün bir siqnal olmalıdır. Hamımız Operativ Qərargahın tələblərinə təcili şəkildə ciddi yanaşmağa davam etməliyik. Əks halda, COVID-19-a yoluxanların sayı kəskin artar və Operativ Qərargah məhdudiyyətlərin yenidən tətbiq etmək məcburiyyətində qalar. Bunun baş verməməsi üçün, ilk növbədə, vaksin olunmayan insanları peyvəndləməyə cəlb etməliyik. Çünki peyvənd olunmuş şəxslər yenidən COVID-19-a yoluxsa belə xəstəliyi yüngül keçirir və ölüm riski də minimuma enmiş olur.

“Əgər vaksinləri qısa zamanda vurdurmasaq nə baş verəcək? Bu suala cavab vermək üçün vaksinasiyanın səviyyəsi bizdən aşağı olan qonşu ölkələrin vəziyyətini nəzərdən keçirməliyik. Məsələn, son vaxtlar gündəlik yoluxmalar Türkiyədə 22-25 min, əhalisi bizdən dəfələrlə az olan qonşu Gürcüstanda 3344 və ölənlərin sayı sutkada 30 nəfəri keçir. Qonşu Rusiyada gündəlik yoluxmalar testlərin 20 faizindən çoxdur. İranda isə son sutkada 39 min 619 yoluxma qeydə alınıb. Azərbaycanda iki həftə əvvəl gündəlik yoluxmaların sayı 272 olduğu halda, bu gün 1220-ni keçir. Cari vəziyyətin belə olması bizim üçün siqnal olmalıdır. Mütəxəssislər COVID-19 infeksiyasının davam etdikcə mutasiyaya uğrayaraq müxtəlif ştamlarının meydana gəldiyini bildirirlər”, - deyə deputat bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, tibbi-sosial ekspertlər Delta, həmçinin Betta ştamları haqqında da geniş danışırlar. Bu gün dünya COVID-19-un yeni ştamları ilə də mübarizəyə başlayır. Yeni ştamların əmələ gəlməsi hər bir ölkədə, o cümlədən Azərbaycanda da baş verə bilər. Bunun baş verməməsi üçün mütləq şəkildə peyvənd olunmalıyıq. Qeyd etdiyim kimi, mütəxəssislər koronavirusla mübarizədə peyvəndlənmənin alternativi olmadığını qeyd edirlər. Əgər biz kütləvi vaksinasiyadan keçsək, koronavirus infeksiyasına yoluxan şəxs bunu adi bir qrip xəstəliyi kimi keçirə bilər. Ona görə də yeni mutasiyaların ölkəmizdə yayılmasına yol verməmək üçün insanlar arasında vaksinasiya ilə bağlı maarifləndirmə işini genişləndiməliyik. Düşünürəm ki, əhalinin əksər hissəsi qısa zamanda peyvəndlənməsə, yenidən qapanmalara getməyimiz qaçılmaz görünür.

Geri dön