Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Güney Azərbaycan-Təbriz > «Azərbaycan türkləri fars rejimi tərəfindən ciddi təzyiqlərə məruz qalır»
«Azərbaycan türkləri fars rejimi tərəfindən ciddi təzyiqlərə məruz qalır» |
«Azərbaycan türkləri fars rejimi tərəfindən ciddi təzyiqlərə məruz qalır»
«Güney Azərbaycanda insan haqlarının dünəni və bu günü” mövzusunda dəyirmi masa keçirilib “Xalqımızın indiyə qədər nail olduğu uğurlar çoxdur və bunun davamlı olacağına inanıram” Güney Azərbaycanda Milli Hökumətin qurulmasının 67-ci ildönümü və Beynəlxalq İnsan Haqları günü münasibətilə “Güney Azərbaycanda insan haqlarının dünəni və bu günü” mövzusunda dəyirmi masa keçirib. Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Güney Azərbaycan Departamentinin təşəbbüsü ilə həyata keçirilən tədbirdə tarixçi alimlər, hüquqşünaslar, ictimai-siyasi xadimlər və diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən millət vəkili Fərəc Quliyev toplantının əhəmiyyətindən və İranda yaşayan soydaşlarımızın üzləşdiyi hüquq pozuntularından danışıb. O bildirib ki, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı hələ bitməyib: “Xalqımızın indiyə qədər nail olduğu uğurlar çoxdur və bunun davamlı olacağına inanıram”. MDHP sədrinin çıxışından sonra məruzə üçün söz Milli Elmlər Akademiyasının Güney Azərbaycan şöbəsinin rəhbəri və Milli Hökümətin canlı şahidi Doktor Əkrəm Rəhimliyə verildi. Əkrəm müəllim öz məruzəsində Güney Azərbaycanda 1945-46-ci illərdə Milli Hökümətin qurulma zərurəti və məğlubiyyət səbəbləri, həmçinin həmin tarixdən bugünə qədər Güney Azərbaycanda insan hüquq və azadlıqlarının hakim rejimlər tərəfindən kobud şəkildə pozulması haqda tədbir iştirakçılarına geniş məlumat verdi. O, məruzəsinin sonunda bildirdi ki, “bügün Güney Azərbaycanda milli oyanışı qənaətbəxş hesab etmək olar. Ona görə ki, İran rejiminin rəsmiləri özləri etiraf etməyə məcbur olublar ki, Güney Azərbaycanda yenidən Pişəvəri dirilib. Mən əminəm ki, çox yaxınlarda biz Güney Azərbaycanın azadlığının şahidi olacayıq və o günü biz sizlərlə birlikdə Təbrizdə bayram edəcəyik.” MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli isə çıxışında İranda yaşayan Azərbaycan türklərinin fars rejimi tərəfindən ciddi təzyiqlərə məruz qaldığını və bir çox fəalın həbs olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Güney Azərbaycanın Səhlab şəhərində ifadə azadlığına görə 40-a yaxın azərbaycan türkü həbs edilib. O, beynəlxalq təşkilatların da artıq Güney Azərbaycanda olan hüquq problemini gündəmə gətirdiyini bildirib. Tədbirdə, Klasik Xalq Cəbhəsi Partiyasının sədri Mir Mahmud Mirəlioğlu, Bütov Azərbaycan siyasi tarixinin tədqiqatçısı Aydın Mədətoğlu, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, Bütöv Azərbaycan Ocaqlarının sədri Zahir Əlisoy və başqaları mövzu ətrafında öz fikir və təkliflərini bildirdilər. Elməddin Geri dön |