Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məşhur xuzistanlı yazıçıdan Əkbər Azadla bağlı paylaşım: “Zülmə səssiz qalmayın"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məşhur xuzistanlı yazıçıdan Əkbər Azadla bağlı paylaşım: “Zülmə səssiz qalmayın"

Məşhur xuzistanlı yazıçıdan Əkbər Azadla bağlı paylaşım: “Zülmə səssiz qalmayın"


Y.Ə. Bənitorəf paylaşımında İran Yazıçılar Birliyinə müraciət edib.

“İran məsullarının Əkbər Azada qarşı etdiyi zülmlər qarşısında susmayın”-deyə, yazıb.

Bəni Torəf paylaşımında yazır:
“Əkbər Azadı çoxdandır tanyıram. Tehranın Camalzadə küçəsində yerləşən “Xalqlar evi” mərkəzi, Babək qalası yürüşləri, dil və mədəniyyətlə bağlı başqa toplantı və görüşlərdə bir yerdə olmuşuq. Fədakar və şərəfli insandır.

Şüurlu ömrünü Azərbaycan xalqına həsr edib. Tehranın cənub məhəlləsində yoxsul və sadə həyat sürməsinə baxmayaraq, yüksək ideya və düşüncələrə malikdir. Bu 20 il ərzində Tehran, Kəleybər, Təbriz və Ərdəbil şəhərlərinin həbsxanalarında olub.


Bu çətin həyat şəraitinə görə 15 il öncə övladlarından birini itirib.
Ciddi xəstəlikdən əziyyət çəkən və əlil arabasında gəzən başqa bir övladının isə onun yardımına ehtiyacı var.

zalım və ədalətsiz hakimlər onu Dərəşəhərə sürgün etmək istəyirlər. Şübhəsiz ki, İran hakimlərinin şovinizminə qarşı dirəniş Əkbər Azad, Abbas Lisani və digər mərd insanların fədakarlığını tələb edir.

Əkbər Azad İran Yazıçılar Birliyinin üzvüdür və bu birlik ona qarşı olan ədalətsizliyə qarşı səssiz qalmamalıdır. Eyni halda xaricdə və içəridə olan azərbaycanlılar onun ailəsinin dağılmaması üçün səy göstərməlidirlər”.

Qeyd edək ki, Tehranda yaşayan tanınmış yazıçı və ziyalı Əkbər Azad avqustun 9-da Baharistanın Dövlət və İnqilab Məhkəməsinə getdikdən sonra məhkəmə məmurları tərəfindən saxlanılıb.

Yaxınlarının bildirdiyinə görə, o, zəmanət vəsiqəsini dəyişdirmək üçün Dövlət və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə gedib. Məhkəmə məsulları onun zəmanət vəsiqəsinin dəyişdirilməsi ilə razılaşmayıb və yazıçı həbs olunub.

Onun harada saxlanılması ilə bağlı məlumat olmasa da, yaxınları Əkbər Azadın bundan öncə ittiham olunduğu 2 il həbs və 2 il sürgün cəzasının ttbiqi ilə bağlı saxlanıldığını ehtimal edirlər.

Azad müxtəlif xəstəliklərdən, o cümlədən dəri xərçəngindən əziyyət çəkir və davamlı müalicəyə ehtiyacı var. Onun yaxınları həbsxana şərayitində onun sağlamlı durumunun pisləşəcəyindən narahat olduqlarını deyirlər.

Qeyd edək ki, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi və Əlirza Fərşi ilə birlikdə 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdikləri üçün həbs olunmuşdular.

Qanunun 499-cu maddəsinə əsasən, onların hər biri Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsində 2 il həbs cəzasına məhkum edilmışdi.

"Milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq"da ittiham olunan fəallar Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi tərəfindən hər biri 2 il həbs cəzasına məhkum edilib.

Geri dön