Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanda yoxsulluğun səviyyəsi xeyli artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Ermənistanda yoxsulluğun səviyyəsi xeyli artıb

Ermənistanda yoxsulluğun səviyyəsi xeyli artıb


Ermənistan iqtisadiyyatının əsas parametrlərini müəyyən edən amillər çökmək üzrədir. Ölkədə gündəlik tələbat məhsullarının qiyməti 2020-ci ilin eyni dövrü ilə müqayisədə əsaslı dərəcədə artıb.

Bu barədə Ermənistan mətbuatı Milli Statistika Xidmətinə istinadən məlumat yayıb.

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, illik hesablamalara görə, iyul ayında ölkədə inflyasiya 8,2 faiz təşkil edib. Bu halda qida məhsulları üzrə orta qiymətlər cari ildə ilk dəfə ikirəqəmli olub və 13,9 faiz artıb. Bu artım təkcə iyunda 9 faiz təşkil edib.

Qeyd edilir ki, ölkədə qida məhsulları qrupunda düyü 13,4 faiz, çörək 8,6 faiz, donuz əti 32,2 faiz, toyuq əti 24,3 faiz bahalaşıb. İl ərzində qiymətlərdə ən böyük artım yumurtada qeydə alınıb - 51,3 faiz.

İyul ayında kartofun orta qiyməti 38,4 faiz, tərəvəz qrupu üçün 53,1 faiz artıb. Kərə yağı il ərzində 15,9 faiz bahalaşıb.

Qeyri -ərzaq məhsulları qrupunda texniki malların (soyuducular, paltaryuyan maşınlar, qaz sobaları və sair) qiymətləri - 13,2 faiz bahalaşıb. Praktik olaraq bütün mallar və xidmətlər bahalaşıb.

Qeyd olunur ki, ölkədə ailələrin həyat səviyyəsi ciddi şəkildə pisləşib, yoxsulluğun səviyyəsi artıb.

Geri dön