Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Farslarla Türklər arasında Tar qalmaqalı
Farslarla Türklər arasında Tar qalmaqalı |
Tar musiqi alətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin təmsilçisi siyahısına əlavə edilməsi İran İslam Respublikası tərəfindən narazılığa səbəb olub.
İran Azərbaycanda geniş yayılmış qədim musiqi aləti olan tarı fars milli musiqi aləti kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin təmsilçisi siyahısına əlavə edilməsini istəyir. Mərkəzi Asiyada Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Regional Araşdırmalar Mərkəzinin rəhbəri Yədulla Parmoun İranın Press TV-də deyib: “Tar musiqi alətinin adı Milli İran musiqisi Rədifin kolleksiyasında Ney və Kamança kimi alətlərlə birlikdə 2009-cu ildə YUNESKO-nun siyahısına salınıb. Ancaq biz istəyirik ki, bu musiqi aləti ayrılıqda siyahıda qeydiyyatdan keçsin. Tarın kökləri İrandan gəlir”. Azərbaycanın YUNESKO üzrə eksperti Sənubər Bağırova AzNews.az-a açıqlamasında yenicə başa çatan sessiya ərəfəsində bununla bağlı iranlılarla danışıqların aparıldığını və razılaşma əldə olunduğunu dedi: “Sessiya təzəcə başa çatıb və həmin ərəfədə belə bir söhbət yox idi. Tar musiqi alətinin Azərbaycan tarı kimi YUNESKO-da qəbul olunmasına İran etiraz etməyib. Azərbaycanın YUNESKO-da nümayəndəliyi var. Mən orada bildirdim ki, tar musiqi alətini Azərbaycan tarı kimi qeydiyyatdan keçirək. Hətta onlara iranlıların buna etiraz edəcəyini də bildirdim. Nümayəndəlikdən dedilər ki, “yox, biz onlarla danışıqlar aparmışıq”. Görünür tarı fars musiqi aləti kimi YUNESKO-ya salmaq onların fikrindən keçib. Yəqin sessiyadan sonra farslar narazılıq edib. Tar doğrudan da İrandan gəlib. Amma bizim tarla onların tarı arasında fərq var”. Geri dön |