Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > HSBC bankı İrana görə 1,9 milyard dollar cərimələnib
HSBC bankı İrana görə 1,9 milyard dollar cərimələnib |
Böyük Britaniyanın HSBC bankı «çirkli pulların yuyulması»na qatıldığı və cinayətkar aləmə yardım etdiyi üçün məhkəmənin qərarıyla ABŞ xəzinəsinə 1,9 milyard dollar cərimə ödəməyə razılıq verib. ABŞ prokurorluğu bu maliyyə qurumunun ölkədəki şöbəsinin İran və Meksikadan olan cinayətkar aləmin pulunu leqallaşdırıraraq ölkə iqtisadiyyatına təsir göstərəcəyini aşkarlayıb. Bundan başqa, HSBC Səudiyyə Ərəbistanı terrorçulara, Suriya hakimiyyətinə, eləcə də ABŞ-ın sanksiyalarına məhəl qoymayaraq İrandan olan şirkət və şəxslərin birlikdə 19,4 milyard dollarını qanunsuz olaraq, çeşidli banklara köçürüb. Bu bank 1865-ci ildən HSBC («Hongkong və Shanghai Banking Corporation») nəzarət fəaliyyətni gerçəkləşdirib. Bank kimi 1990-cı ildən fəaliyyət göstərir. Qrupun 88 ölkədə şöbəsi mövcuddur.
Xatırladaq ki, Böyük Britaniyanın başqa bir maliyyə qurumu «Standard Chartered» də bu yaxınlarda İrana qarşı sanksiya rejimini pozduğu üçün ABŞ xəzinəsinə 327 milyon dollar cərimə ödəyib. Geri dön |