Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Tabe olacaqlarsa, Qarabağda yaşaya biləcəklər” – Partiya sədri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Tabe olacaqlarsa, Qarabağda yaşaya biləcəklər” – Partiya sədri

“Tabe olacaqlarsa, Qarabağda yaşaya biləcəklər” – Partiya sədri


"Ölkənin istənilən digər ərazilərində idarəetmə sistemi necədirsə, Xankəndidə də o tətbiq olunacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib:

"Xankəndi Azərbaycanın yuridiksiyasındadır. Sadəcə olaraq o ərazi hələlik sülhməramlı adı altında Rusiya hərbçilərinin nəzarətində olduğundan fərqli davranış nümayiş olunur. Dünyanın üstümüzə gəlməməsi üçün bəzi məsələlərə hələlik lazım olduğu qədər müdaxilə etmirik. Qarabağın statusu da müəyyənləşib.

Xankəndinin də daxil olduğu Qarabağ İqtisadi Zonası formalaşıb. İdarəetmə sisteminə gəldikdə, ölkənin istənilən digər ərazilərində idarəetmə sistemi necədirsə, Xankəndidə də o tətbiq olunacaq. 1988-ci ilə qədər orada yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olacaqlarsa, bütün hüquqlardan istifadə edəcəklər. Tabe olmayacaqlarsa, burada yaşaya bilməyəcəklər”.

Rüfət SULTAN/sfera.az


Geri dön