Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: Ermənistan və havadarları Prezidentin mesajlarını ciddi qəbul etməlidirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Ermənistan və havadarları Prezidentin mesajlarını ciddi qəbul etməlidirlər

Fərəc Quliyev: Ermənistan və havadarları Prezidentin mesajlarını ciddi qəbul etməlidirlər


“Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə davamlı səfərləri böyük əhəmiyyət daşıyır. Bu, həm Ermənistana, həm də onun havadarlarına qarşı açıq şəkildə mesajlar verir. Burada toqquşan maraqlar və cavabsız qalan sualları var idi. Lakin Azərbaycan Prezidenti Kəlbəcər səfərində bir daha milli iradə ifadə edərək ölkəmizin işğaldan azad edilmiş ərazilərində yenidən münaqişə alovlandırmaq istəyənlərin qarşısında dayandı və münaqişənin bitdiyi mesajını verdi”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F. Quliyev bildirib ki, Ermənistanın yeganə çıxış yolu üçtərəfli Bəyanatın icrasını təmin etməkdən keçir: “Biz bundan sonra qarşılıqlı sülh şəraitində yaşamaq istəyirik. Amma, bunun üçün Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Buna görə də sərhədlərin delimitasiyası məsələsinə şübhə salmaq istəyən həm Ermənistan, həm də onun havadarları dərk etməlidir ki, Azərbaycan Ermənistanı sülhə məcbur etməyin yollarını bilir. Əgər bu kimi məsələlər dinc yolla həllini tapmasa, Ermənistan unutmasın ki, “Dəmir yumruq” yerindədir. Çünki Azərbaycan bütün gücü ilə milli iradə ortaya qoyub”.

Partiya sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərimizə səfəri zamanı erməni faşistlərinin törətdiyi vəhşiliklərlə tanış olur, öz tapşırıq və göstərişlərini verir: “Bu, Ermənistan hakimiyyətinə daha bir mesajdır. Yəni, biz ərazilərimizi bərpa edəcək, əhalimizi tarixi torpaqlarımıza geri qaytaracağıq. Mühüm mesajlardan biri də Zəngəzura, oradan qovulmuş əhalimizin öz dədə-baba torpaqlarına geri qaytarılması ilə bağlıdır.

Ali Baş Komandanın hərbi forma ilə bölgələrə səfər etməsi bu deməkdir ki, biz bütün qüvvəmizlə ölkəmizin sərhədlərini qorumağa hazırıq. Bütün ölkə, istər iqtidar, istər müxalifət dövlət başçısının siyasətini dəstəkləyir. Azərbaycanın milli maraqları yönündə atılan bu kimi addımlar müxalifətyönümlü Milli Dirçəliş Hərəkatı Partiyası kimi bizi tamamilə qane edir və bütün imkanlarımızla Ali Baş Komandanın yanındayıq”.

Nigar Orucova, “İki sahil”

Geri dön