Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 73,8 faizi sənaye və tikinti sahələrinə sərf edilib
Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 73,8 faizi sənaye və tikinti sahələrinə sərf edilib |
2021-ci ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,4 faizi sənaye, 19,4 faizi tikinti sahələrinə sərf edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, sözügedən vəsaitin 13,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər birində 1,2 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, təhsil, 0,8 faizi informasiya və rabitə, hər birində 0,4 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf olunub. Geri dön |