Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda peyvəndlə bağlı yaş həddi aşağı endiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Gürcüstanda peyvəndlə bağlı yaş həddi aşağı endiriləcək

Gürcüstanda peyvəndlə bağlı yaş həddi aşağı endiriləcək


Gürcüstanda koronavirus əleyhinə peyvəndlənmə yaşının payızdan etibarən aşağı endirilməsi gözlənilir.

Bu barədə xəstəliklərə milli nəzarət xidmətinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, sentyabrdan etibarən peyvənd yaşının 12 yaşa endirilməsi gözlənilir. Bəzi ölkələr öz araşdırmaları nəticəsində qərar qəbul edərək, 12 yaşdan etibarən peyvəndə başlayıb. Bu yaş qrupu üçün, əsasən “Pfizer” və “Moderna” peyvəndlərindən istifadə edilir.

“Klinik araşdırmalar bu yaş qrupu üçün artıq aparılıb və effektivdir. Biz Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Dərman Agentliyinin qərarını gözləyirik. Onlar tərəfindən tövsiyə olunacağı təqdirdə, payızdan etibarən, biz bu yaş qrupunun peyvəndlənməsini düşünürük", - deyə Qamkrelidze vurğulayıb.

Geri dön