Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Britaniya koronavirusdan müalicə üçün Ronapreve preparatını təsdiqləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Britaniya koronavirusdan müalicə üçün Ronapreve preparatını təsdiqləyib

Britaniya koronavirusdan müalicə üçün Ronapreve preparatını təsdiqləyib


Böyük Britaniyanın dərman vasitələrinə və tibbi təyinatlı məmulatlara nəzarət üzrə agentliyi koronavirusun profilaktikası və müalicəsi üçün nəzərdə tutulan Ronapreve preparatını təsdiqləyib.

The Guardian nəşrinə istinadla xəbər verir ki, Roche və Regeneron kompaniyaları tərəfindən hazırlanan preparat orqanizmin infeksiyalarla mübarizə üçün hasil etdiyi təbii antiteli imitasiya edir.

Yaponiya bu ilin iyulunda Ronapreve preparatına lisenziya verən ilk ölkə olub. Laboratoriya sınaqları preparatın COVID-19 virusundan ağırlaşma və ya ölüm riskini 70 faiz azaltdığını göstərib. Ronapreve ABŞ, Hindistan, İsveçrə, Kanada və Avropa İttifaqı ölkələrində də lisenziyalaşdırılıb.

COVID-19 pandemiyasının statistikasını aparan "Worldometer” portalının bu gün səhər saatlarına olan məlumatına əsasən, dünya üzrə yoluxanların sayı 210 milyon 994 mini ötüb, 4 milyon 419 mindən çox insan həyatını itirib, sağalananların sayı isə 188 milyon 852 min nəfərdən artıqdır.

Geri dön