Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yoşihide Suqa Yaponiyanın hakim partiyasının sədri seçilmək üçün namizədliyini irəli sürəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Yoşihide Suqa Yaponiyanın hakim partiyasının sədri seçilmək üçün namizədliyini irəli sürəcək

Yoşihide Suqa Yaponiyanın hakim partiyasının sədri seçilmək üçün namizədliyini irəli sürəcək


Yaponiyanın Baş naziri Yoşihide Suqa Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) sədri seçilmək üçün sentyabrda keçiriləcək seçkilərə qatılmaq niyyətindədir.

Bu barədə Y.Suqa özü avqustun 23-də jurnalistlərə bəyan edib.

“Vaxtı çatanda, mən namizədliyimi irəli sürəcəyəm”, - deyə Y.Suqa bildirib. Bu ərəfədə LDP-nin baş katibi Toşihiro Nikai Y.Suqanın seçkilərdə qalib gəlmək üçün bütün şanslara malik olduğunu deyib. Yaponiyanın hakim partiyasının liderinin seçkilərinin sentyabrın ikinci yarısında keçiriləcəyi gözlənilir. Seçkilərin dəqiq tarixinin avqustun sonlarında elan ediləcəyi bildirilir.

“Sankei” qəzetinin yaydığı məlumata görə LDP sədrinin seçkilərində Yaponiyanın sabiq xarici işlər naziri Fumio Kişida da iştirak etmək niyyətindədir. Bunun üçün F.Kişidanın 20 nəfər partiya üzvünün dəstəyini qazanması kifayətdir. Bu siyasətçinin seçki öncəsi platformasında koronavirusa qarşı tədbirlərə xüsusi diqqət yetirəcəyi bildirilir.

Xatırladaq ki, Y.Suqa Baş nazir vəzifəsini ötən ilin sentyabrında, sabiq Baş nazir Şinzo Abe səhhəti ilə əlaqədar gözlənilmədən istefa verdikdən sonra tutub. Onun hökumət başçısı vəzifəsini yalnız sentyabradək, hakim partiyanın yeni liderinin seçkilərinədək icra edəcəyi qeyd edilir. Bu seçkilərdə qalib gəldiyi təqdirdə o, daha üç il müddətinə hakim partiyanın sədri olacaq.

Əlavə olaraq qeyd edək ki, Y.Suqa hakimiyyətdə olduğu müddətdə Yaponiya hökumətinin reytinqi iyunda rekord həddə çatıb - 45 faiz. Bununla yanaşı, yaponların hökumətin koronovirus tədbirlərini qənaətbəxş hesab etmədiyi və Tokio Yay Olimpiya Oyunlarının təşkilinə görə ondan narazı qaldığı da bildirilir.

Geri dön