Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əmir Abdullahiyan: Qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi yeni hökumətin xarici siyasət kursunun prioritet istiqaməti olaca
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əmir Abdullahiyan: Qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi yeni hökumətin xarici siyasət kursunun prioritet istiqaməti olaca

Əmir Abdullahiyan: Qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi yeni hökumətin xarici siyasət kursunun prioritet istiqaməti olaca


Qonşu dövlətlələrlə münasibətlərin inkişaf etdirilməsi yeni hökumətin xarici siyasət kursunun prioritet istiqaməti olacaq.

Bu sözləri İranın yeni xarici işlər naziri Əmir Adbullahiyan parlamentdə çıxışı zamanı deyib.

Qeyd edək ki, yeni seçilən prezident İbrahim Rəisi yeni kabinetdə təmsil olunacaq nazirlərin siyahısını təsdiq olunması üçün İran İslam Şurası Məclisinə (Parlamentə) təqdim edib. Ə.Abdullahiyanın xarici işlər naziri vəzifəsinə namizədliyi parlament tərəfindən təsdiq olunub. Yeni nazir ona göstərilən etimada görə parlament üzvlərinə təşəkkür edib və İranın gələcək xarici siyasət kursu barədə danışıb.

Yeni nazir bildirib ki, İran yaxın qonşusu olan dövlətlərlə iqtisadi və siyasi əlaqələrini daha da möhkəmləndirməlidir. Bu istiqamətdə praqmatik addımlar atılacaq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri daha da genişləndiriləcək.

İran Səudiyyə Ərəbistanı ilə münasibətləri inkişaf etdirmək niyyətindədir. Onun sözlərinə görə regionun bu iki müsəlman dövlətinin yaxın əməkdaşlığı bölgəmizə sülh və əminamanlıq gətirəcək. Mövcud problemlər müzakirə edilib aradan qaldıra bilərik. Nazir nəzərə çatdırıb ki, XXI əsr Asiyanın inkişafı ilə xarakterizə olunur. Asiyada iqtisadi cəhəttdən böyük yol keçərək inkişaf edib qüdrətlənən dövlətlərin meydana çıxdığına şahilik edirik. Bu dövlətlərə iqtisadi və siyasi sahələrdə əməkdaşlıq yalnız faydalı ola bilər. Asiya dövlətləri də İran isə əlaqələri genişləndirmək istəyirlər və qarşılıqlı əməkdaşlıq üçün İranın böyük potensialı var.

Ə.Abdullahiyan qeyd edib ki, iqtisadi sanksiyaların aradan qaldırılması istiqamətində gərgin fəaliyyət göstərəcək.

Geri dön