Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Musa Qəniyev: COVID-19 digər virusların hüceyrələrə daxil olması prosesini sürətləndirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Musa Qəniyev: COVID-19 digər virusların hüceyrələrə daxil olması prosesini sürətləndirir

Musa Qəniyev: COVID-19 digər virusların hüceyrələrə daxil olması prosesini sürətləndirir


Virus infeksiyalarının yaranma tarixi üzvi həyatın yaranma tarixi qədər qədimdir. Məsələn, ən cavan viral infeksiyalardan biri olan qripin yaşı 12 min ildir. Digər viral infeksiyaların tarixi isə qripdən də çox-çox qədimdir. Bu infeksiyalar müəyyən dövrlərdə insanlığa məhrumiyyətlər yaşatsa da, heç biri, “həyat enerjisini” söndürə bilməyib. Ona görə də yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlığa fəlakət gətirəcəyi qorxusu yoxdur. Çünki digərləri kimi, ona qarşı da peyvənd hazırlanıb və tətbiq olunur

Professor Musa Qəniyev bu sözləri yeni növ koronavirus (COVID-19) infeksiyasının artım dinamikası barədə danışarkən deyib.

O bildirib ki, istənilən infeksiyanın “potensial fəallığı” iki əsas parametrlə - yoluxma sürəti (Ro indeksi) və letallıq (öldürücülük) əmsalı ilə dəyərləndirilir: “COVID-19-un bir virusunun yoluxdurduğu xəstə sayı göstəricisi, yəni Ro indeksi 2-2,2-dir. Koronavirus bu göstəriciyə görə qızılca (11-18), su çiçəyi (7 -12), parotit (11-14), hətta sələfi Mers-CoV-dan (3) belə nəzərəçarpacaq dərəcədə geri qalır. COVID-19-da letallıq əmsalı, yəni 100 nəfərə düşən ölüm halı 3,6 faizdir. Bu göstəriciyə görə ebola (50 faiz), quş qripi (39,3 faiz), Mers-CoV (35 faiz), donuz qripi (17,4 faiz) və qohumu Sars-CoV (9,6 faiz) infeksiyalarından bir neçə dəfə zəifdir”.

Professor bildirib ki, abnormal (öpüşərək görüşmək) ünsiyyət formasıdır: “Bu ünsiyyət formasının çiçəklənməsi 1990-cı ildən bu günəqədərki dövrə təsadüf edir. Stereotip təkrarlanan halın hüceyrə yaddaşına qeyri-iradi təkrarlanan hal kimi yazılmasının zaman müddəti, postnatal inkişafda ikinci uşaqlıq yaş dövrünün sonuna qədər davam etdiyindən, bu müddət 11-12 il olmalıdır. Biz hazırda bu arzuolunmaz və istəkxarici icra olunan vərdişin əsirinə çevrilmişik. Hazırki artımda “delta” ştamı ilə yanaşı, abnormal ünsiyyət də böyük rol oynayır. Bu ünsiyyət forması ölkənin bütün ailələrində var. COVID-19 haqqında fikir bildirən hər kəs ölkədəki əsl həqiqət və reallığı görməlidir. Yoluxmanın səbəb faktorunu bilməli və xalqı bu istiqamətdə maarifləndirmək lazımdır ki, vətəndaşlar koronavirusdan qorunmanın öz əllərində olduğunu bilib, düşkünlük və ruhi sarsıntı keçirməsinlər”.

M.Qəniyev sosial şəbəkələrdə ölüm səbəblərinin əsasən koronavirusla əlaqələndirilməsini yolverilməz adlandırıb: “Ölüm səbəbi yalnız patoloq-anatomun təsdiqindən sonra rəsmi mənbəyə istinadən verilməlidir. Naməlum ölüm səbəbləri COVID-19-un statistikasına salınmamalıdır. Hər kəs bilməlidir ki, ölüm canlı aləm üçün haqdır və qaçılmazdır. Ona görə də canlı toxuma postnatal inkişaf dövründə mutasiya edərək subhüceyrəvi genom vahidini itirərək, irsiyyəti yaşatmaq üçün canlı həyata “əlvida” deyir. Dünyada doğum-ölüm nisbəti son on ildə 2,2-nin 1 nisbətindən çox olmayıb, bu gün isə 2,3-ün 1 nisbətindən də artıqdır. Yəni, doğum azalmayıb, hətta məlum nisbətdə artıb”.

Professor bildirib ki, hər koronavirus əlaməti virusa yoluxmaq mənasını vermir: “Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi statistikaya əsasən, COVID-19 həyatımıza qədəm qoyandan sonra, qrip dünyada 98 faiz azalıb. İddia olunur ki, koronavirusun yoluxdurduğu hüceyrəyə digər virusların girməsinin qarşısı alındığından, qrip və digər viral infeksiyalar azalıb. Bu, tamamilə səhv və yanlış fikirdir. Bəli, əksər viruslar konkurent antaqonizm prinsipi ilə yoluxdurduğu hüceyrəyə digər virusların həm intra, həm də parasellülyar yolla daxil olmasının qarşısını alır. Koronavirsa yoluxma zamanı isə vəziyyət tamamilə başqa cür olur. COVID-19 hüceyrəyə reseptor mexanizmlərlə daxil olduğuna görə, intra və parasellülyar qapılar açıq qalır. Digər tərəfdən, hüceyrənin immun müqaviməti zəiflədiyinə görə hüceyrələrə daxil olan virusların hüceyrədaxili axın sürəti daha da intensivləşir. Yəni, COVID-19 digər virusların hüceyrələrə daxil olmasına nəinki mane olmur, hətta bu prosesi daha da sürətləndirir. Deməli, söylənilənlər tamamilə əsassızdır. Diaqnoz tam təsdiqlənmədiyi halda, hər temperatur yüksəlməsi, boğaz və ya qarın ağrısı koronavirus əlaməti deyil”.

Onun sözlərinə görə, viral infeksiyalardan qorunmanın ən etibarlı yolu peyvənd olunmaqdır: “Peyvəndləmə prosesinin əsasında vətəndaşların düzgün maarifləndirilməsi, peyvəndlərin alınması, daşınması, saxlanılması və tibb personalının ondan istifadəsi zamanı bütün mövcud təlimatlara dəqiq şəkildə əməl olunmasıdır. Əks halda, arzuolunmaz, hətta faciəli nəticələrə, eləcə də cəmiyyətdə qeyri-düzgün yanaşma tərzinin formalaşmasına səbəb ola bilər. Vətəndaşları bir daha əmin edirəm ki, COVID-19 öldürmür. Öldürən profilaktik və şəxsi gigiyenik tədbirlərə əməl olunmaması, ruhi sarsıntı, stress, gərginlik, koronavirusa görə yaranan endogen ölüm qorxusudur. Peyvənd olunub, adi gigiyenik qaydalara riayət edib, normal həyatımıza davam etsək, bu bəladan birdəfəlik qurtula bilərik”.

Geri dön