Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Kremlin ikibaşlı oyunu: Nəticənin eyni olacağını bilən Rusiya niyə yenidən Ermənistanı silahlandırır?
Kremlin ikibaşlı oyunu: Nəticənin eyni olacağını bilən Rusiya niyə yenidən Ermənistanı silahlandırır? |
“44 günlük müharibədən sonra Rusiya Ermənistanı silahla təchiz edib və etməkdə də davam edir”.
Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib. O, bu səbəblə respublikanın ordunu ən qısa zamanda modernləşdirəcəyini vurğulayıb: “Keçən ilin noyabrından arsenalımızın modernləşdirilməsi və yenilənməsi üçün silah aldıq. Bu proses qalıcıdır. Ermənistan hökuməti ordunu tamamilə modernləşdirmək niyyətindədir. Bu vəzifənin ən qısa zamanda həll ediləcəyinə əminəm”. Maraqlıdır, nəticənin eyni olacağını bilən Rusiya niyə yenidən Ermənistanı silahlandırır? Rusiyanın bunu etməkdə əsas məqsədi nədir? Bununla bağlı Cebhe.info-ya açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev bildirib ki, üçtərəfli razılaşmaya əməl etməyən rus sülhməramlıları ölkəmizi tərk etməlidir: “Rusiyanın bu hərəkəti onun hakim rolunda olmaq iddiasını kölgədə saxlayır. Rusiya 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatda özünü hakim kimi aparmaq və sülhməramlı missiyanı yerinə yetirəcəyini vəd etməklə səmimi olmadığını göstərir.Çünki müqaviləyə əsasən, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil olaraq, burada olan erməni silahlı qüvvələrinin və erməni terrorçularını çıxarmalı idi. Amma onlar bunu etmədi və indi də əlavə olaraq Ermənistana və separatçılara silah verirlər. Rusiya sülhməramlıları ölkəmizi tərk etməlidir.Digər bir tərəfdən məğlub olmuş Ermənistan tərəfi işğalçı bir dövlət olduğu üçün müharibədən sonrakı dövrdə silahsızlaşdırılmalıdır. Dünyada belə təcrübələr var. Məsələn, Yaponiya və Almaniyaya müharibədən sonra kvotalar qoyuldu. Amma Rusiya indi Ermənistana silah verməklə bu işğalçını yenidən ruhlandırır. Rusiya tərəfi haqsız olduğunu bir daha göstərir. Rusiya bu məsələlərdə guya sülhməramlı missiya yerinə yetirir, amma əksinə müharibə şəraiti yaradaraq, yeni bir gərginlik ocağının formalaşmasına xidmət edir. Bu Rusiyanın riyakarlığı və ikibaşlı oyun oynamasıdır.Hesab edirəm ki, Rusiyanın bu məsələdə iştirakına son verilməlidir, sülhməramlı adı altında Azərbaycan ərazisində olan Rusiya sülhməramlıları ölkəmizdən çıxarılmalı və bu məsələ ilə bağlı Azərbaycan tərəfi Rusiyaya bir daha xəbərdarlıq etməlidir ki, Ermənistanı silahlandırmasınlar. Çünki bu razılaşmaya tamamilə ziddir”. Partiya sədri qeyd edib ki, Rusiyanın Ermənistanı silahlandırmaqda əsas məqsədi bölgədəki vəziyyəti gərginləşdirməkdir: “Rusiya Ermənistana silah verərək, oradakı revanşist qüvvələrdə motivasiya yaradır. Artıq Ermənistan rəsmiləri özləri belə, Rusiyadan silah-sursat aldıqlarını etiraf edir. Nəticə etibarı ilə ermənilər atəşkəsi davamlı şəkildə pozaraq, yeni iddialarla çıxış edir. Rusiya bölgədə qeyri-sabitliyi saxlayaraq çalışır ki, mütəmadi olaraq toqquşmalar olsun və burada Rusiya sülhməramlılarına ehtiyac olduğunu ictimaiyyətə göstərsin. Rusiya demək istəyir ki, onlar olmadan heç nə mümkün deyil”. Elmir/Cebhe.info Geri dön |