Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndoneziya koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətləri yumşaldır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İndoneziya koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətləri yumşaldır

İndoneziya koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətləri yumşaldır


İndoneziya koronavirus pandemiyasına görə iqtisadi fəaliyyətə tətbiq olunan məhdudiyyətləri avqustun 24-dən yumşaldır.

Hökumət tərəfindən bu barədə qərar son günlər yoluxma sayında müşahidə edilən azalma ilə əlaqədar qəbul edilib.

Qeyd edək ki, iyulda virusun “delta” ştamı pik həddə çatdığı vaxtlarda burada gün ərzində 50 mindən çox yoluxma qeydə alınırdı. Nəticədə ölkənin səhiyyə sistemi çox ağır vəziyyətə düşmüşdü və hökumət paytaxt Cakarta da daxil olmaqla bir çox rayonlarda ciddi məhdudiyyətlər tətbiq etmişdi.

Avqustun 23-də isə ölkə üzrə ümumilikdə 9604 yeni yoluxma halı qeydə alınıb ki, bu da son iki ayda ilk dəfə 10 mindən aşağı göstəricidir. Yoluxma nəticəsində həyatını itirənlərin gündəlik sayı isə 842 nəfər təşkil edib ki, bu da son bir ayda ilk dəfə 1000-dən aşağı olan rəqəmdir.

Prezident Coko Vidodo bəyan edib ki, Cakarta və Surabaya kimi şəhərlərdə koronavirusla əlaqədar xəbərdarlıq dərəcəsi ən yüksək dördüncü səviyyədən ikinci səviyyə endiriləcək. Bəzi azsaylı yerə malik restoranlarda qida qəbuluna icazə veriləcək. İxrac istiqamətli müəssisələr isə öz fəaliyyətini tam rejimdə bərpa edəcək.

Bununla yanaşı, hökumət sakinləri yoluxma riskini azaldan tədbirlərə əməl etməyə də çağırıb.

Geri dön