Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Tokio Yay Paralimpiya Oyunları fövqəladə vəziyyət rejimində start götürəcək
Tokio Yay Paralimpiya Oyunları fövqəladə vəziyyət rejimində start götürəcək |
Yaponiya paytaxtının da daxil olduğu bir neçə prefekturada koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejiminin davam etməsinə baxmayaraq, Tokio XVI Yay Paralimpiya Oyunları avqustun 24-də start götürəcək.
Tokio məhdud imkanlara malik idmançıların bu böyük yarışını ikinci dəfə qəbul edən ilk şəhər olacaq. Lakin 1964-cü ildən fərqli olaraq bu yarışlar koronavirus pandemiyasının dünyanı ağuşuna alaraq böyük təhlükə yaratması səbəbindən azarkeşsiz keçiriləcək. Qeyd edək ki, sentyabrın 5-dək Tokioda və qonşuluqda yerləşən üç prefekturada davam edəcək və 160 ölkədən təqribən 4400 idmançının qatılacağı yarışlar COVID-19-a gündəlik yoluxmanın rekord həddə çatması ilə əlaqədar fövqəladə vəziyyət şəraitində təşkil ediləcək. Məhz pandemiyaya görə Samoa, Kiribati, Tonqa və Vanuatudan olan paralimpiyaçılar yarışlara qatılmayacaqlar. Bu yaxınlarda başa çatan və 17 gün davam edən Tokio Olimpiya Oyunları zamanı həm idmançılar, həm də rəsmi şəxslər arasında yoluxma sayı həddindən artıq az olub. Lakin bununla yanaşı, nəzərə almaq lazımdır ki, bəzi paralimpiyaçıların səhhətində mövcud problemlər onların yoluxma riskini artırır və daha güclü simptomların özünü göstərməsinə şərait yaradır. Hazırda Tokioda gün ərzində 5 min yoluxma faktı qeydə alınır və bu iyulun 23-də Olimpiada ərəfəsində qeydə alınmış göstəricidən təqribən üç dəfə çoxdur. Təsadüfi deyil ki, Tokionun qubernatoru Yuriko Koike ötən həftə paytaxtda yaranmış vəziyyəti “fəlakət səviyyəsi” kimi xarakterizə edib. Xəstələrin çox hissəsinin evdə müalicə almasına baxmayaraq, Yaponiyanın səhiyyə sistemi çarpayıların çatışmazlığı səbəbindən ağır təzyiq altındadır. Yarışların təşkilatçılarının müəyyən etdiyi qaydalara əsasən, idmançılar hətta Atletlər kəndində olduqları vaxt belə hər gün PCR testi verməli, tibbi maska taxmalı, sosial məsafəni gözləməlidirlər. Bununla yanaşı, təşkilat komitəsi yoluxmanın qarşısını almaq üçün əlavə antivirus tədbirlərinin görüləcəyini də bəyan edib. Açılış mərasiminə gəldikdə, Milli stadionda Olimpiya Oyunlarında olduğu kimi, Paralimpiadanın da rəsmi açılışını İmperator Naruhitonun elan edəcəyi gözlənilir. Həmçinin ümumi yer tutumu 68 min olan stadionda təşkil ediləcək mərasimdə yalnız rəsmi nümayəndələrin iştirak edəcəyi bildirilir. Mərasimin məzmununun və icraçıların sayının ixtisar ediləcəyi də qeyd olunur. Ümumi sloqanı “Bizim qanadlarımız var!” olan açılış mərasimində qaçqınların da qatıldığı komandaların stadionda olması nəzərdə tutulur. Yaponiyanın bütün vilayətlərindən toplanan və yarışların vətəni sayılan Böyük Britaniyanın Stok-Mandevill şəhərindən gətirilən alov vasitəsilə böyük Paralimpiya məşəli yandırılacaq. XVI Yay Paralimpiya Oyunlarında idmançılar idmanın 22 növü üzrə 539 dəst medal uğrunda mübarizə aparacaqlar. Bu Oyunlarda parataekvondo və parabadminton üzrə yarışlar ilk dəfə keçiriləcək. Azərbaycan XVI Yay Paralimpiya Oyunlarında 35 idmançı ilə təmsil olunur. “Rio-2016”nın qızıl mükafatçısı Ramil Qasımov Tokioya gəldikdən sonra koronavirusa yoluxduğuna görə yarışlardan kənarlaşdırılaraq karantinə alınıb. Paralimpiyaçılarımız “Tokio-2020”yə idmanın 6 növü üzrə 47 lisenziya qazanıblar. Atletlərimizin 23-ü kişi, 12-si qadındır. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar. Açılış mərasimində Paralimpiya yığmamızın keçidi zamanı Azərbaycanın bayrağını Pekində keçirilmiş Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev daşıyacaq. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, paradda Azərbaycanı 20 nəfərlik nümayəndə təmsil edəcək. Tokio Paralimpiya Oyunlarının təşkilatçıları ümid edirlər ki, bu yarışlar fərqli insanların inklüziv cəmiyyətinin formalaşmasına töhfə verəcək. Beynəlxalq Paralimpiya Komitəsinni prezidenti Endrü Parsons qeyd edib ki, bu dəfəki Oyunlar paralimpiya hərəkatı tarixində xüsusi əhəmiyyətə malikdir. Çünki bu yarışlar pandemiya dövründə diqqətdən kənarda qalmış fiziki imkanları məhdud insanların səsini eşitməyə imkan yaradacaq. Tokio Paralimpiya Oyunları ilə XXXII Yay Olimpiya Oyunları arasında fərqə gəldikdə isə qeyd edək ki, bu dəfə Yaponiya hökuməti ümumi sayı 172 minə çatan paytaxt məktəblilərinə yarışları idman obyektlərində canlı izləmək üçün şərait yaratmaq barədə qərar qəbul edib. Geri dön |