Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Qrip əleyhinə peyvəndin tərkibi yenilənib
Qrip əleyhinə peyvəndin tərkibi yenilənib |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qripə qarşı peyvəndin tərkibini yeniləyib.
Təşkilatın yaydığı məlumata görə, keçən il dünyada qrip aktivliyi ötən illərlə müqayisədə aşağı göstəriciləri ilə qeydə alınıb və immun təbəqənin yaxşılaşmağı müşahidə olunmayıb. ÜST qrip əleyhinə peyvəndin tərkibində yeni ştamları təqdim edib: “A” qripinın iki variantı; “B” qripinin bir variant. Həkimlərin ümumi fikri belədir ki, bu il virusun növünü proqnozlaşdırmaq çətindir, lakin yenilənmiş kompozisiya vətəndaşları indiki aktual qrip ştamlarından qorumağa kömək edir. N.F.Gamaley Araşdırma Epidemiologiya və Mikrobiologiya Mərkəzinin laboratoriya müdiri Elena Burtseva isə koronavirus epidemiyasının qrip xəstəliklərinin sayının artdığı ölkələrdə meydana gəldiyini söyləyir. Ekspert bu ölkələrdə ən çox yayılmış variantın “A” qripi olduğunu bildirsə də, Çində “B” qripinin üstünlük təşkil etdiyini deyir. Bununla bərabər, həkim “İzvestiya” ilə söhbətində peyvəndləmədən sonra immunitetin güclənməsi üçün vaxt lazım olduğu üçün qrip əleyhinə peyvəndə payızın əvvəllərində başlanmasını tövsiyə edir. Geri dön |