Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda ekoloji fəlakət: Mədən ətrafında yerləşən kəndlərdə quşlar kütləvi tələf olur
Şərqi Azərbaycanda ekoloji fəlakət: Mədən ətrafında yerləşən kəndlərdə quşlar kütləvi tələf olur |
Bundan öncə dəfələrlə Əndəryan qızıl mədənindən buraxılan çirkab suların kənd təsərrüfatını məhv etməsinə, mal-qaranın tələf olmasına və insanların sağlamlığına ziyan vurmasına dair məlumatlar yayılıb.
Ancaq əyalət valiliyi, Ətraf Mühitin Mühafizəsi Təşkilatı, Sənaye, Mədən və Ticarət Nazirliyinin yerli bölməsi problemin həlli ilə bağlı vəd versələr də, problemin həlli istiqamətində ciddi tədbir görülməyib. Azərbaycanlı tədqiqatçı və ətraf mühit üzrə ekspert Əhməd Bayburdi özünün "Twitter" hesabında məsələ ilə bağlı daha bir paylaşım edib. “Əlimdə Əndəryan qızıl mədəni ətrafındakı kəndlərdə quşların ölməsini göstərən foto və videolar var. Ümid edirəm ki, əyalətin ətraf mühit fəalları mövzunu diqqətdə saxlayacaqlar. Son bir neçə ildə Əndəryan qızıl mədəninin ətraf ekologiyanı çirkləndirməsi barədə dəfələrlə yazmışam. Məhkəməyə müraciət etmişəm, məni susdurmağı məsləhət biliblər. Mən önəmli deyiləm, Vərziğanın taleyini düşünün”-deyə, ətraf mühit mütəxəssisi bildirib. Ə.Bayburdi ötən ilin yanvar ayında “Əndəryan” qızıl mədəninin zəhərli tullantılarının bölgənin içməli suyuna qarışdığı barədə məlumat vermişdi. “Bir müddət əvvəl Əndəriyan mədəni ətrafında içməli suyun çirklənməsinin monitorinqi aparıldı. Şərqi Azərbaycan Ətraf Mühit Təşkilatının mərkəzi laboratoriyasının hazırkı rəisi cənab Mehdi Ocaği ilkin monitorinqdə bu nəticəyə gəldi ki, suyun tərkibində sianidin miqdarı normadan ən azı 5 dəfə çoxdur”- deyə, o bölgənin içməli suyunun çirkləndiyinə dair xəbərdarlıq etmişdi. Əhməd Bayburdi verdiyi açıqlamada demişdi ki, Şərqi Azərbaycan Ətraf Mühit İdarəsinin məsulları “əhalidə təşviş yaratmamaq” bəhanəsi ilə testin nəticələrinin ictimaiyyətə açıqlanmasına mane olurlar. O vaxt Şərqi Azərbaycan Kənd Təsərrüfatı Tədqiqat Mərkəzinin rəhbəri vəzifəsində işləyən Ə.Bayburdi qeyd etmişdi ki, Kənd Təsərrüfatı İdarəsinin hazırladığı gizli hesabatda bu sudan istifadə edən heyvanların sonda tələf olduğu bildirilir. Məsələnin ictimaiyyətə sızmasından bir müddət sonra Şərqi Azərbaycanın ətraf mühit qurumları İran Məhkəmə Sisteminin vaxtkı başçısı İbrahim Rəisiyə açıq məktub ünvanlamışdı. Onlar sözügedən mədənin ətraf mühitə ziyan vurduğunu bildirib, məhkəmənin bu məsələyə müdaxiləsini tələb etmişdilər. Qeyd edək ki, təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziğan məntəqsində yerləşir. Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Geri dön |