Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > Təbriz İranın yeni paytaxtı ola bilər?
Təbriz İranın yeni paytaxtı ola bilər? |
Elçin Hatəmi: «Təbrizin paytaxt olması Azərbaycan türklərinin tamamilə məhv olmasıyla nəticələnər»
Hakim Sadiqli: «İranın Quzey Azərbaycana yaxın ərazidə yerləşən Təbrizi yeni paytaxt seçməsi inanılası deyil» İranın paytaxtının dəyişdirilməsi, yeni paxtaxtın Təbriz şəhərinin ola biləcəyilə bağlı mətbuatında yayılan xəbər istər Güney, istərsə də Quzey Azərbaycanda birmənalı qarşılanmadı. Yeni paytaxt kimi Təbrizin adının hallanmasına daha çox etiraz olunsa da, belə bir şeyin gerçəkləşməyəcəyini hesab edənlər də var. Maraqlıdır, İranın paytaxtının dəyişdirilməsində məqsəd nədir? Görəsən Təbriz yeni paytaxt ola bilərmi? Nə üçün hansısa fars şəhərinin deyil, Təbrizin adı hallanır? Təbrizin paytaxt olmasının Güney Azərbaycana hansı təsiri olacaq? Suallarımıza cavab tapmaq məqsədilə ilk müraciət etdiyimiz müsahib əslən Güney Azərbaycandan olan, hazırda isə Türkiyədə yaşayan hüquq müdafiəçisi Elçin Hatəmi oldu. O bildirdi ki, ölkənin indiki ağır iqtisadi və siyasi vəziyyətində paytaxtın dəyişdirilməsi mümkün deyil: «Çünki bunun üçün külli miqdarda vəsaitə ehtiyac var. Hazırda isə İranın belə bir dəyişikliyə sərf edəcək maliyyəsi və gücü yoxdur. Paytaxtın dəyişdirilməsi ideyasının bir neçə səbəbi var. Tehranın həddindən artıq böyüməsi, orada zəlzələnin baş verməsi ehtimalı, havasının çirklənməsi, şəhər idarəçiliyində xərclərin artması, əhalinin çoxalması, təhlükəsizliyin zəifləməsi, yollarda avtomobil tıxacları kimi səbəblər hakimiyyətin belə bir fikrə düşməsinə səbəb olub. İranpərəstlərin fikirlərinə görə, paytaxtın dəyişdirilməsi iqtisadi baxımdan ölkənin xeyrinədir. Çünki həmin vaxt dövlət büdcəsi ölkənin müxtəlif yerləri arasında ədalətlə bölünər. Məsələn, büdcədən Tehran üçün çox vəsait ayrılır, digər bölgələr isə büdcədən faydalana bilmir. Onların fikrincə, paytaxtın dəyişdirlməsi belə bir mərkəzləşmənin qarşısını ala bilər». Onun sözlərinə görə, Təbrizin yeni paytaxt olma məsələsinə gəldikdə isə təbrizli deputatadan başqa heç kim bu fikri səsləndirməyib: «Azərbaycan türkləri Təbrizin yeni paytaxt olmasını istəmirlər. Əvvəla, Təbriz sərhədə yaxındır. Halbuki paytaxt təhlükəsizlik baxımından daha münasib ərazidə yerləşməlidir. Yeni paytaxt kimi daha çox İsfahan və Şiraz şəhərləri üzərində düşünülür. Təbrizin isə paytaxt olması Azərbaycan türklərinin tamamilə məhv olmasıyla nəticələnə bilər. Çünki belə olan halda paytaxt fars dili və mədəniyyəti əsasında idarə ediləcək, fars ailələri köçəcək, digər tərəfdən isə ölkədə türklərə farslarla bərabər eyni hüquqların tanınmaması Güney Azərbaycanı yox edə bilər. Paytaxt Azərbaycandan nə qədər uzaq olarsa, hökumətin nəzarəti də bir o qədər az olar. Bu isə Güney Azərbaycanda milli düşüncənin güclənməsi üçün fayda verər. Fikrimcə, paytaxtın dəyişdirilməsində əsas məqsəd Tehranda baş verə biləcək təbii fəlakət və şəhər əhalisinin çox artmasıdır. Bir neçə ildir ki, ekspertlər Tehranda zəlzələ baş verəcəyini proqnozlaşdırır, bununla bahlı dövlətə xəbərdarlıq edirlər. Bu baxımdan Tehrana daha sərmayə yatırmaq istəmir, digər fars şəhərlərinin inkişafı üçün paytaxtı İranın Mərkəzi vilayətinə köçürmək istəyirlər. Digər tərəfdən, dövlət məmurlarının və vəzifəli şəxslərin təhlükəsizliyini rahat qorumaq üçün Tehrandan kiçik şəhərin paytaxt olması daha sərfəlidir. Bu baxımdan Təbrizin yeni paytaxt olmasından söhbət getmir. Bu günə kimi yeni paytaxt olaraq yalnız fars şəhərlərinin adı hallanıb. Təbrizin paytaxt olması ehtimalı sıfra bərabərdir. Bunun müxtəlif səbəbləri var. Birincisi, sərhədə yaxındır, ikincisi, seysmik zonada yerləşir. Tarixə nəzərə salsaq, bu şəhər bir neçə dəfə zəlzələ nəticəsində yerlə yeksan olub. Üçüncü səbəb Təbrizdə qeyri-fars etniklərinin yaşamasıdır. Rejim istəmir ki, farsları Azərbaycana köçürməklə etnik qüvvələr arasında qarşıdurmalar yaransın. Bu səbəbdən Təbrizin paytaxt olmayacağını güman etmək olar. Digər tərəfdən, Təbrizin paytaxt olması Azərbaycan türklərinin tamamilə assimilyasiya olması deməkdir. Çünki farslar ölkənin bütün sahələrini ələ keçirib, hüquqi üstünlüyə sahibdirlər. Paytaxt olarsa, bütün dövlət strukturlarında, özəl sektorlarda yalnız fars dilində danışılacaq. Bu baxımdan belə bir ideyanın gerçəkləşməsi Güney Azərbaycanın tarixdən silinməsinə səbəb olar, Quzey Azərbaycana da mənfi təsir göstərə bilər». Elçin Hətəmi deyib ki, İranda paytaxtın dəyişilməsi söhbəti 1985-ci ildən gedir: «İllər keçdikcə Tehran daha da böyüyüb və dövlətin paytaxı dəyişməyə gücü çatmayıb. İran parlamenti bu məsələylə bağlı tədqiqat mərkəzi yaratmaqla iki ilə nəticə əldə edəcəyini planlaşdırıb. Halbuki İranın hazırkı iqtisadi, sosial və siyasi vəziyyətinə baxsaq, bunun gerçəkləşməsinin mümkünsüz olduğunu demək olar». İran üzrə ekspert Hakim Sadiqli isə vurğuladı ki, İranda paytaxtın dəyişdirilməsi məsələsi bu günün söhbəti deyil: «Bu məsələ illərdir gündəmdədir. Tehranın havasının çirkliliyini, sıxlığını və seysmik zona olduğunu İran dövləti bəhanə edərək paytaxtı dəyişdirmək planını ortaya atır. Tehran həqiqətən həm sıx, həm də qarışıq şəhərdir. Ən əsası da odur ki, Tehran əhalisinin yarıdan çoxunu Azərbaycan türkləri təşkil edir. Həmçinin Tehranın yaxınlığında yerləşən və əhalisi 6 milyondan çox olan Kərəc şəhərinin də əhalisinin təxminən 80-85 faizi Azərbaycan türkləridir. Bu da rejimi düşündürməmiş deyil. Təbriz şəhəri rejimin hər zaman diqqətində olub. Bu, iqtisadi mənada deyil. Düşünsək ki, il ərzində büdcədən tək İsfahan vilayətinə ayrılan pul üç Azərbaycan vilayətinə — Qərbi və Şərqi Azərbaycan, Ərdəbilə ayrılan puldan çoxdur, deməli, rejim heç vaxt Təbrizi paytaxt etmək istəməz. Şah zamanı şahın özü Tehranda yaşadığı halda, şahzadə Təbrizdə oturardı. 2006-cı il may hadisələrindən sonra indiki rejimi bu məsələ ciddi düşündürdü. Planlarında odur ki, ali dini liderə Təbrizdə qəsr tikilsin və ayətullah Xamneyi ayda bir dəfə Təbrizə gələrək şəhər əhalisi arasında müsbət rəy formalaşdırsın». Onun fikrincə, ali dini liderə tikiləcək qəsrin yanında Ermənistanın konsulluğunu da açmaq istəyəcəklər: «Təbriz əhalisinin etirazından ehtiyat edərək təxminən 6-12 ay müddətinə konsulluğun binasından Ermənistanın bayrağını asmayacaqlar. Ali dini liderin qəsrinin yanında konsulluğun açılması onun təhlükəsizliyinin sığortası olacaq. Bunlar baş verə biləcək ehtimallardır. Lakin nəzərə alsaq ki, son illər Güney Azərbaycanda milli hisslər daha da güclənib Quzeyə və Türkiyəyə yaxın ərazidə yeni paytaxtın seçilməsi ağlabatan deyil. Çünki molla hakimiyyəti Azərbaycan türklərinin yaşadığı bölgələrdə olan dövlət məmurlarına güvənmir. Məncə, paytaxtın dəyişdirilməsinin bu gün gündəmə gəlməsi İranın qabaqlayıcı tədbirə əl atmasıdır. Suriyadakı proseslər göstərir ki, bu hadisə yaxın zamanda İranın da qapısını döyəcək. Bu da İranı düşündürməmiş deyil. Ona görə də rejimin planında paytaxtı İsfahana köçürmək var. Təbrizin paytaxt seçilməsinin Güney Azərbaycana təsiri böyük olar. Çoxlu iş yerləri açılar, bölgəyə çoxlu sərmayələr yatırılar, əhalinin dolanışığı yaxşılaşar və s. Bunun təsiri Quzey Azərbaycana və Türkiyəyə də olar. Amma bütün nəticələr göstərir ki, rejim tərəfindən Təbriz paytaxt seçilməz». Turqut Geri dön |