Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeni dezinformasiya, yoxsa? - Azərbaycan Gorus-Qafan yolunu bağlayıb?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Yeni dezinformasiya, yoxsa? - Azərbaycan Gorus-Qafan yolunu bağlayıb?

Yeni dezinformasiya, yoxsa? - Azərbaycan Gorus-Qafan yolunu bağlayıb?


Avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.

Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. “Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada qeyd olunur.

Maraqlıdır, həqiqətən belə bir hadisə baş verə bilərmi və iddia nə dərəcədə doğrudur?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə açıqlamasında ermənilərin “M2” adlanan yolu nəzərdə tutduğunu düşündüyünü bildirib:

“Ermənilərin konkret olaraq nəyi nəzərdə tutduğunu bilmirəm, amma bildiyim qədərilə onlar “M2” adlanan, Azərbaycan ərazilərindən keçən yol çəkmişdilər. Əgər onlar “M2” yolunu nəzərdə tuturlarsa, o yolun 11 kilometrlik ərazisi Azərbaycan torpaqlarından keçir. Həmin yoldursa, ərazimizdən keçdiyi üçün təbii ki, bizim nəzarətimizdə olacaq. O yolun işlədilib-işlədilməməsi, hansı formada istifadə olunacağı qərarı dövlətlər arasındakı müzakirədən sonra verilə bilər.

Həmçinin, bu açıqlama dezinformasiya xarakterli də ola bilər, çünki Azərbaycan birmənalı şəkildə Ermənistan ərazisinə daxil olmayıb. Biz sərhədlərimizlə bağlı heç bir güzəşt etməyəcəyik. Öz ərazimizə nəzarət etmək üçün nə İranla, nə də Ermənistanla razılaşacağıq. Onlar ərazilərimizi işğal etdikləri dövrdə sərhədləri istədikləri qədər irəli çəkmişdilər və harada nə istəyirdilər edirdilər. Hazırda əsgərlərimiz sərhədlərin müəyyənləşməsi ilə məşğuldurlar. Ermənilər bir çox ərazilərimizə daxil olaraq, müəyyən infrastruktur qurub və hətta yollar çəkiblər. Prezident İlham Əliyev də qeyd etmişdi ki, onların çəkdiyi yollar hərbi qənimət kimi bizə qalıb”.

Elmir/Cebhe.info

Geri dön