Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Respublika çaylarında mövcud vəziyyət açıqlanıb
Respublika çaylarında mövcud vəziyyət açıqlanıb |
Avqustun 27-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb, Kürəkçay-Çaykənddə 6, Gəncəçay-Zurnabadda 4, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 3 santimetr artıb. Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsi 2, Təngərüdçay-Vaqoda isə 1 santimetr azalıb. Viləşçay-Şıxlar məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 78,0 kubmetr/saniyə qeydə alınır ki, bu da ongünlük normanın 64 faizini təşkil edir. Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 5,30 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 8 faizini təşkil edir. Kür-Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb və səviyyə 341 santimetr, su sərfi isə 104 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 131, Kür-Bankədə 3 santimetr azalaraq 122, Araz-Novruzluda isə 2 santimetr artaraq 82 santimetr olub. Geri dön |