Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rauf Məmmədov Avropa çempionatında növbəti qələbəsini qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Rauf Məmmədov Avropa çempionatında növbəti qələbəsini qazanıb

Rauf Məmmədov Avropa çempionatında növbəti qələbəsini qazanıb


Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının dördüncü turunun oyunları keçirilib.

Qitə birinciliyinin dördüncü turunda şahmatçımız Rauf Məmmədov Yevgeni Romanovu (Rusiya) məğlub edərək aktivinə daha bir xal yazdırıb. Bununla da xalların sayını 3,5-ə çatdıran R.Məmmədov mövqeyini xeyli yaxşılaşdıraraq 8-ci yerə yüksəlib. Şahmatçımız Aydın Süleymanlı da turu qələbə ilə başa vurub. Belə ki, o, Rusiya təmsilçisi Aleksandra Maltsevskayanı (Rusiya) məğlub edib. Nicat Məmmədov Liviu-Dieter Nisipeanunu (Almaniya), Nicat Abasov Juraj Druska (Slovakiya) qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, dörd turdan sonra şahmatçılarımız R.Məmmədov 3,5, N.Məmmədov 3, N.Abasov, A.Süleymanlı 2,5 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Geri dön