Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Norveç məhkəməsi terrorçu Anders Breivikin şərti azadlığa buraxılması ilə bağlı vəsatətə baxacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Norveç məhkəməsi terrorçu Anders Breivikin şərti azadlığa buraxılması ilə bağlı vəsatətə baxacaq

Norveç məhkəməsi terrorçu Anders Breivikin şərti azadlığa buraxılması ilə bağlı vəsatətə baxacaq


Norveç məhkəməsi terrorçu Anders Breivikin şərti olaraq azadlığa buraxılması ilə bağlı vəsatətə baxacaq.

Norveç KİV-lərinə istinadla xəbər verir ki, artıq Anders Breivikin vəkilindən məsələ ilə bağlı məhkəməyə müvafiq müraciət edilib.

Breivik on il əvvəl Norveç paytaxtı Osloda Baş nazirin ofisi qarşısında uzaqdan idarə edilən bombanı partladaraq 8 nəfəri öldürüb, Utoeya Adasında yerli İşçi Partiyasının gənclər düşərgəsinə toplaşan 69 nəfəri güllələyib. Cari ilin iyul ayında Norveçdə bu hücumların onuncu ildönümü qeyd edilib.

Hazırda Anders Breivik törətdiyi terror aktlarına görə Norveçdə maksimum - 21 illik həbs cəzasına məhkum edilib, lakin, gələcəkdə bu cəza məhkəmə tərəfindən qeyri-müəyyən müddətə uzadıla bilər.

Bütün bunlara baxmayaraq, Norveç qanunları ona çəkdiyi cəzanın ilk 10 ilindən sonra, şərti olaraq azadlığa buraxılması ilə bağlı müraciət etmək hüququ verir və Anders Breivik məhz bu hüquqdan istifadə etmək niyyətindədir.

İlkin olaraq vəsatətə baxan Oslo prokurorluğu Breivikin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatəti rədd edib. Beləliklə bundan sonra müraciət yerli məhkəmədə baxılacaq.

Məhkəmənin tarixi və keçirilmə yeri hələ müəyyən edilməyib.

Geri dön