Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Əfv Təşkilatı Güney azərbaycanlı vəkilin azadlığını isədi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Beynəlxalq Əfv Təşkilatı Güney azərbaycanlı vəkilin azadlığını isədi

Beynəlxalq Əfv Təşkilatı Güney azərbaycanlı vəkilin azadlığını isədi


Beynəlxalq Əfv Təşkilatı avqustun 28-də özünün rəsmi “Twitter” hesabında etdiyi paylaşımda İran hökumətindən güney azərbaycanlı vəkil və insan haqları müdafiəçisi Məhəmmədrza Fəqihi, iki başqa vəkil və iki mədəni fəallın azadlığa buraxılmasını tələb edib.

Məlumatda həbs olunan şəxslərin avqustun 14-də insan haqları mövzusunda, vətəndaşların koronovirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda həbs oldunduqları qeyd olunub.

Paylaşımda internet istifadəçilərindən Əli Xamneyinin hesabına ünvanlanan bu twiti yenidən yaymaları və həbs olunan şəxslərin azad edilmələrini tələb etmələri xahiş olunur.

Qeyd edək ki, avqustun 14-də təhlükəsizlik təşkilatının əməkdaşları vəkillər Məhəmmədrza Fəqihi, Arəş Keyxosrəvi, Mustafa Nili və Leyla Heydərini, eləcə də mədəni fəallar Mehdi Mahmudiyan və Məryəm Əfrafərazini həbs ediblər.

Bildirilir ki, fəallar həbs edilmələrindən bir müddət əvvəl İranın təhlükəsizlik qurumları tərəfindən təzyiqə məruz qalıb, xəbərdarlıq alıblar.

Ölkədə koronavirusdan ölənlərin sayının faciə həddinə çatmasından narahat olan vəkillər və mədəni fəaqlların Amerika və Britaniya vaksinlərinin ölkəyə idxalını qadağan edən axund Əli Xamneyiyə qarşı birgə şikayət məktubu hazırladığı bildirilir.

Geri dön