Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Tatlı kənd bələdiyyəsi sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı yekunlaşdırılıb
Tatlı kənd bələdiyyəsi sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı yekunlaşdırılıb |
Ağstafa rayonunun Tatlı kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Ağstafa Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, istintaqla Tatlı bələdiyyəsinin sabiq sədri Qənbər İsmayılovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vəzifə səlahiyyətlərindən istifadə edərək 2017-ci ildə ayrı-ayrı şəxslərə hər biri 0,12 hektar olmaqla torpaq sahəsi sataraq onları 2006-cı il tarixinə sənədləşdirdiyi müəyyən olunub. Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Geri dön |