Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Konvensiyanın katibliyinin Tehrana köçürülməsini istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > İran Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Konvensiyanın katibliyinin Tehrana köçürülməsini istəyir

İran Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Konvensiyanın katibliyinin Tehrana köçürülməsini istəyir


İran Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının katibliyinin Cenevrə şəhərindən Tehrana köçürülməsini istəyir. Bunu İranın Ətraf Mühit Təşkilatının rəisi Məhəmmədcavad Məhəmmədizadə ötən gün Moskvada deyib. Bu barədə İRNA agentliyi xəbər verir.

"Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının katibliyi Cenevrə şəhərindən Xəzəryanı ölkələrin birinə köçürülməlidir. Bu Konvensiya Tehran şəhərində imzalanıb, düşünürük ki, Çərçivə Konvensiyasının katibliyi Tehran şəhərinə köçürülməlidir", - Məhəmmədizadə bildirib.

"Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasi 2003-cü ilin noyabr ayında Tehran şəhərində imzalanıb. Azərbaycan bu konvensiyaya 2006-cı ilin aprel ayında qoşulub.

Məhəmmədizadə deyib ki, artıq Xəzəryanı ölkələr Çərçivə Konvensiyasının katibliyinin Cenevrə şəhərindən köçürülməsi barədə razılığa gəliblər.

Onun sözlərinə görə, İran sahil zonalarında kanalizasiya və tullantılarla bağlı problemin aradan qaldırılması məqsədi ilə 450 milyon dollar vəsait ayırıb.

Dekabrın 12-13-də Moskvada Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının 4-cü sessiyası keçirilib. Tədbirdə quruda yerləşən mənbələrdən zərərli, təhlükəli maddələrin, tullantıların və digər çirkləndiricilərin axıdılmasına qarşı mübarizə ilə bağlı protokol imzalanıb.

Geri dön