Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağ respublikasını” tanıdı - əgər tanımırsa...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağ respublikasını” tanıdı - əgər tanımırsa...

Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağ respublikasını” tanıdı - əgər tanımırsa...


Fərəc Quliyev: “Bu, ölkəmizin işinə burunlarını soxmaq deməkdir”

Rusiyanın satınalma sahəsi üzrə vahid dövlət portalı olan “Zakupki.gov.ru” Azərbaycana qarşı təxribata yol verib. Belə ki, dövlət portalında yer alan məlumata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi şəhərciyində xidmət barədə tender elan olunub.

Elanda rus sülhməramlıların yerləşdiyi ərazi Azərbaycan ərazisi kimi deyil, “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib. Belə ki, adıçəkilən saytda 0173100004521001645 nömrəli sifarişdə belə deyilir: “Dağlıq Qarabağ Respublikası ərazisində Rusiya Müdafiə Nazirliyinin hərbi şəhərciklər kazarma-mənzil fonduna kompleks xidmətin təşkili və həyata keçirilməsi xidmətlərinin göstərilməsi”.

Xidmətin sifarişçisi – Rusiya Federasiyası Müdafiə Nazirliyi. Başlanğıc qiyməti – 151 414 088,10 rubl. Sifariş avqustun 13-də yerləşdirilib və hələ də saytda qalmaqdadır.

Bu cür təqdimat açıq-aşkar təxribatdır. Özü də buna bənzər hallar birinci dəfə deyil baş verir. Rusiya Müdafiə Nazirliyinin sülhməramlı kontingentinin fəaliyyətinə dair yayılan informasiya bülletenlərində də bəzən “Dağlıq Qarabağ”, yaxud “Dağlıq Qarabağ respublikası”, “erməni silahlı birləşmələri” kimi ifadələrə yer verilir.

Maraqlıdır, Rusiya Müdafiyə Nazirliyi qondarma “DQR”i tanıyır? Tanımırsa, belə təxribat xarakterli məlumatların saytda yerləşdirilməsi nə deməkdir?

“Biz kəskin formada Rusiyaya öz etirazımızı bildirməliyik”

Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin sözlərinə görə, Rusiyanın bu addımı Azərbaycanın daxili işinə qarışmaqdır: “Bənzər xətalara əvvəllər də yol verilib. Azərbaycan ictimaiyyəti, məmurları tərəfindən buna etirazlar edilib, amma Rusiya yenə öz bildiyini edir. Anlamırlar ki, Rusiya ordusu müvəqqəti olaraq burada sülhməramlı kimi fəaliyyət göstərir və günün birində ölkəmizi tərk etməlidirlər. Ona görə də ölkəmizin daxili işinə qarışmaq olmaz. Bundan əvvəl tikinti ilə bağlı Sergey Lavrov çağırış etmişdi. Bu, ölkəmizin işinə burunlarını soxmaq deməkdir. Ona görə də Xarici İşlər Nazirliyi rəsmi şəkildə buna etiraz etməlidir. Görünən odur ki, 10 noyabrdakı üçtərəfli razılaşmadan irəli gələn bəndlərdən qaçmaq, məsələni bir qədər də mürəkkəbləşdirmək istəyirlər. Hesab edirəm ki, sözügedən məsələlərə bir də baxılmalıdır. Rusiya bu məsələlərdə arbitr rolunu oynaya bilmirsə, tərəf tutursa və separatizmi qızışdırırsa, onlar barədə ölçü götürülməlidir. Bunlar istəyir ki, erməni separatizmini yenidən genişləndirsinlər. Bu yolla Rusiyanın varlığına ehtiyac olduğunu göstərmək istəyirlər. Məqsəd bundan ibarətdir. Bunların 3 varinatı var. Birincisi, istəyirlər ki, Dnestryanıda, Ukraynada olduğu kimi, separatçı əraziləri öz protektoratlarına daxil etsinlər. İkincisi, erməni separatizminə dəstək verməklə Qarabağda qalmaq. Üçüncüsü, Qarabağda hərbi baza şəklində qalsınlar. Bunların üçü də bizim üçün keçərli deyil. Ona görə də biz kəskin formada Rusiyaya öz etirazımızı bildirməliyik. Həm rəsmi, həm də digər formalarda. Azərbaycan unitar dövlətdir. Rusiya bu cür ifadələrə son qoymalıdır”.

Əks təqdirdə, partiya sədri hesab edir ki, sülhməramlıların ölkədən çıxarılması məsələsi qaldırılmalıdır.

Vidadi ORDAHALLI/baki-xeber.com

Geri dön