Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dövlət katibi Entoni Blinken şahid qismində ifadə verəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Dövlət katibi Entoni Blinken şahid qismində ifadə verəcək

Dövlət katibi Entoni Blinken şahid qismində ifadə verəcək


Gələn həftə ABŞ dövlət katibi Entoni Blinken Konqresin Amerika qoşunlarının Əfqanıstandan xaotik şəkildə çıxarılmasını öyrənən komissiyası qarşısında şahid qismində ifadə verəc

Respublikaçılar Partiyasını təmsil edən konqresmenlər ABŞ qoşunlarının, Amerika vətəndaşlarının və müharibə dövründə amerikalı hərbçilərlə tərcüməçi və müşavirlər kimi əməkdaşlıq etmiş minlərlə əfqanın bu ölkədən çıxarılması ilə əlaqədar Bayden administrasiyası tərəfindən görülmüş tədbirləri tənqid ediblər.

Avqustun sonunda Kabil aeroportunun yaxınlığında törədilmiş terror aktı nəticəsində 13 nəfər amerikalı hərbi qulluqçu öldürüləndən sonra Baydenə ünvanlanmış tənqidlər daha da sərtləşib. Bu terror aktına görə məsuliyyəti Cənubi Asiyada fəaliyyət göstərən terror qruplaşmasının Əfqanıstana aid “İslam dövləti – Xorasan” öz üzərinə götürüb.

Respublikaçılardan başqa Nümayəndələr Palatasındakı 15 demokratdan ibarət bir qrup da Blinkenə və daxili təhlükəsizlik naziri Alexandro Mayorkasa məktubla müraciət edərək Əfqanıstanda qalan amerikalıların, qrin-kart sahiblərinin və digər həssas şəxslərin bu ölkədən necə təxliyə ediləcəyi barədə əlavə məlumat verilməsini xahiş ediblər.

Qoşunların Əfqanıstandan çıxarılması səkkiz gün bundan əvvəl başa çatmasına baxmayaraq, təqribən 100 nəfər amerikalı Əfqanıstanda qalır. ABŞ rəsmiləri söz veriblər ki, bu şəxslər Əfqanıstandan getmək istəsələr, onların oradan çıxmasına kömək ediləcək. Bundan əlavə, minlərlə əfqan da Taliblər tərəfindən təqibdən xilas olmaq üçün Birləşmiş Ştatlara və ya başqa ölkələrə köçmək istəyirlər.

Son bir ayda aparılmış ictimai rəy sorğuları göstərib ki, ABŞ seçiciləri Baydenin qoşunların çıxarılması barədə qərarını dəstəkləyirlər. Bayden qoşunların çıxarılmasını “ekstraordinar uğur” adlandırıb və ABŞ-ın Əfqanıstanda müharibəsini dayandırmaq barədə qərarı dəstəkləyib.

Geri dön