Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Elmin İnkişafı Fondunun qrantını qazanmış layihənin tədqiqat işləri davam etdirilir
Elmin İnkişafı Fondunun qrantını qazanmış layihənin tədqiqat işləri davam etdirilir |
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-təhsil-sənaye” məqsədli qrantını qazanmış “Qarabağ və Dilbaz at cinslərinin genom profilinin tədqiqi: Genetik markerlərin, allel variasiyalarının aşkar edilməsi və seleksiyada istifadəsi” layihəsinin Xəzər Universiteti, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Qarabağ Atçılıq və Dilbaz Atçılıq kompleksləri tərəfindən birgə tədqiqat işləri davam etdirilir.
Elmin İnkişafı Fondunun mətbuat xidmətindən bildirilib ki, layihə çərçivəsində hər təsərrüfatda 25 at (ümumilikdə 50 at) arasında bonitirə aparılıb. Bonitirədən sonra hər cinsdən 2 fərd, Dilbaz cinsindən 1 madyan, 1 ayğır, Qarabağ cinsindən 1 madyan, 1 ayğır seçilib və qeydiyyata götürülüb. Bonitirə Azərbaycan Respublikası “Atçılıq haqqında” qanununun tələblərinə uyğun olaraq aparılıb. Bonitirə zamanı atların damazlıq keyfiyyətlərini, təkrar istehsala yararlılığını, mənşəyinin və irsi əlamətlərinin cinsin tələblərinə uyğunluğunu və istifadə təyinatını müəyyən etmək üçün kompleks əlamətlər qiymətləndirilib. Bonitirənin göstəriciləri yaradılmış elektron məlumat bazasına daxil edilib. Elektron məlumat bazası “Access” məlumat bazası əsasında qurulub. Məlumat bazası 3 moduldan təşkil olunub. Atların hərəkəti moduluna - atların cinsi, adı və ya ləqəbi, çip nömrəsi, pasport nömrəsi, bədən ölçüləri yer almaqla növbəti hərəkət baş verərsə, onu izləməyə icazə verən məlumatlar (kimə satılıb, satılma tarixi, yarışda olması, məcburi tələf edilməsi, təbii ölməsi) daxil edilib. Laborator müayinələr modulunda - atın cinsi, ləqəbi, çip nömrəsi, pasport nömrəsi, gen analizi üçün nümunənin götürülməsi, GBS olması, GBS-dən sonra hansı atla cütləşib, alınan bala, balanın cinsiyyəti, balanın əlamətləri, balanın jurnalda qeydiyyat nömrəsi, balanın sağlamlıq vəziyyətini əks etdirən dəyişənlər daxil edilib. Profilaktik tədbirlər modulunda - atın cinsi, ləqəbi, çip nömrəsi, pasport nömrəsi qeyd olunmaqla atların qripinə, rinopnevmoniyasına, tetanusuna və viruslu arteritinə qarşı aparılan tədbirlər haqqında məlumat daxil edilir. Atlar haqqında əldə olunmuş bu kompleks məlumatların elektron məlumat bazasına işlənilməsi Dilbaz və Qarabağ atçılıq komplekslərində yenilikdir. Layihənin sonunda yenilənmiş versiya həmin təsərrüfatlara təqdim ediləcək. Növbəti mərhələdə bonitirə prosesi yerdə qalan atlar arasında davam etdiriləcək və elektron çipi olmayan fərdlər çiplənəcək. Layihədə əldə olunmuş nəticələr bu il mayın 6-7-də keçirilmiş “Biologiyada Elmi Nailiyyətlər və Çağırışlar” X beynəlxalq konfransında təqdim edilib və öz sahəsi üzrə birinci yerə layiq görülüb. Geri dön |