Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda hamilə qadınlar arasında koronavirusa yoluxma halları 3,5 dəfə artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Gürcüstanda hamilə qadınlar arasında koronavirusa yoluxma halları 3,5 dəfə artıb

Gürcüstanda hamilə qadınlar arasında koronavirusa yoluxma halları 3,5 dəfə artıb


Gürcüstanda hamilə qadınlar arasında koronavirusa yoluxma halları kəskin artıb. Cari ildə onların sayı 5000 nəfərə çatıb.

Bu barədə Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

Onun sözlərinə görə, 2020-ci ildə cəmi 1300 hamilə qadın koronavirusa yoluxub. Bu il isə onların sayı təxminən 3,5 dəfə artıb. Onların əksəriyyəti “delta” ştamına yoluxub.

Nazir müavini deyib ki, hamilə qadınların vaksinasiyası istənilən səviyyədə deyil. Onlarla mütəmadi söhbətlər aparılır. Amma bu da istənilən nəticəni vermir. Bu günədək hamilə qadınlar yalnız “Pfizer” vaksini ilə peyvənd olunublar.

Qeyd edək ki, ölkədə hamilə qadınlar və yeni doğulan körpələrin koronavirusdan ölüm hallarına da rast gəlinir.

Bu günədək 4 hamilə qadın, 3 yeni doğulmuş körpə koronavirusdan dünyasını dəyişib.

Geri dön