Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Yaponiyanın cənubuna güclü tufan yaxınlaşır
Yaponiyanın cənubuna güclü tufan yaxınlaşır |
Bir neçə gün bundan əvvəl Sakit okeanda, Filippin yaxınlığında əmələ gələn “Çansu” tufanı çox güclənib və Yaponiyanın cənubunda yerləşən Okinava adalarına yaxınlaşır.
Bu barədə sentyabrın 9-da Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Tropik qasırğaya “dağıdıcı” statusu verilib. Hazırda onun mərkəzində küləyin sürəti saniyədə 15 metrə, şiddətli əsdikdə isə 20 metrə çatır. Proqnozlara əsasən, tufanın sentyabrın 12-də və ya 13-də Sakişima adalarına çatacağı gözlənilir. Bununla əlaqədar meteoroloqlar sahil ərazilərində güclü küləyin, leysan yağışların və hündür dalğaların əmələ gələcəyi barədə xəbərdarlıq ediblər. Geri dön |