Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Dekabrın 15-i Azərbaycanın böyük şairi Ramiz Rövşənin ad günüdür
Dekabrın 15-i Azərbaycanın böyük şairi Ramiz Rövşənin ad günüdür |
“Bir küncündə ürəyin kirimişcə uyuyur”
Dekabrın 15-i Azərbaycanın böyük şairi Ramiz Rövşənin ad günüdür. Şairin 66 yaşı tamam olur bu münasibətlə şairi səmim qəlbdən təbrik edirik ona uzun ömür və cnasağlıqı arzulayırıq. Şairin son zamanlar yazdığı şerlərdən ikisini oxucuların diqətinə təqdim edirik! Ağlanmayan dərd də var Ağlanmayan dərd də var; göz yaşından yuxarı. Nə bir kərə ah çəkir, nə səsini çıxarır. Bir küncündə ürəyin kirimişcə uyuyur. Tüstülənir eləcə, nə sönür, nə soyuyur. Yanından başılovlu çaparaq dərdlər keçir. Dərd demə, atam oğlu, elə bil atlar keçir. Çat-çat olub yarılır neçə yerdən ürək də. Qanlı ləpirlər qalır o dərdlərdən ürəkdə. ...Ağlanmayan dərd də var; bir damla yaşa həsrət. Quru-quru adamın axırına çıxan dərd... Darıxır Bu nə təhər darıxmaqdı, Axı belə kim darıxır?! Cibimdə əlim darıxır, Ağzımda dilim darıxır. Darıxır qabım-qaşığım, Darıxır yorğan-döşəyim. Evdə qalsam, evim-eşiyim. Yol getsəm, yolum darıxır. Yoluma qızlar çıxsalar, Gülüb üzümə baxsalar, Yaxama bir gül taxsalar, Yaxamda gülüm darıxır. Hara atım bu kədəri? Yox hesabı, yox qədəri, Görünür məndən ötəri Hardasa ölüm darıxır. Bir səhər yuxudan durub… Bir səhər yuxudan durub Özünü uşaq görəsən. Görəsən hamı evdədi, Ölənləri sağ görəsən. …Qorxasan qaçıb gedələr, - Tez qapını bağlayasan. Geri dönüb içəridə bir təzə qonaq görəsən. Görəsən ki, qapqaradı o qonaq başdan ayağa. Ondan başqa hamısının üst-başını ağ görəsən. Pəncərədən içəriyə dola, dola gün işığı. İçəridə boş-boşuna yanan bir çıraq görəsən. Söndürəsən o çırağı - hamı birdən yoxa çıxa…. Otaqda bir qara qələm, bir də ağ varaq görəsən. Geri dön |