Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Neftçalada tərəvəz sahələrindən 1345 tondan çox məhsul tədarük edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Neftçalada tərəvəz sahələrindən 1345 tondan çox məhsul tədarük edilib

Neftçalada tərəvəz sahələrindən 1345 tondan çox məhsul tədarük edilib


Neftçalada kənd təsərrüfatının əsas sahələrindən olan tərəvəzçilikdə uğurlu nəticələr əldə olunub. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər ötən illə müqayisədə əkin sahələrindən daha çox məhsul tədarük ediblər və hazırda yığım davam edir.

Neftçala rayon Statistika idarəsindən verilən məlumata görə, cari ildə rayon üzrə 142,5 hektar sahədə tərəvəz bitkiləri əkilib və onun 133,4 hektarından 1345,7 ton məhsul toplanılıb. Ayrı-ayrılıqda tərəvəz bitkilərinin məhsulu bibər 103,4 ton, xiyar 388,4 ton , badımcan 353,4 ton, pomidor 350,3 ton, qabaq 36 ton, sarımsaq 43,4 ton, soğan 16,1 ton, sair tərəvəzlər 54,7 ton olub.

Geri dön