Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyük Britaniyada əmək haqqı alanların sosial sığorta haqları 1,25 faiz qaldırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Böyük Britaniyada əmək haqqı alanların sosial sığorta haqları 1,25 faiz qaldırılıb

Böyük Britaniyada əmək haqqı alanların sosial sığorta haqları 1,25 faiz qaldırılıb


Böyük Britaniyada bütün əmək haqqı alanların sosial sığorta haqları 1,25 faiz qaldırıl

İcmalar Palatasında keçirilən səsvermədə, sağlamlıq və sosial xidmət büdcələrinə 12 milyard funt sterlinq əlavə maliyyə təmin edilməsi planı 319 səslə təsdiq edilib. Qərar Lordlar Palatası tərəfindən təsdiqləndikdən və Kraliçanın imzalamasından sonra qüvvəyə minəcək.

Baş nazir Boris Conson, bu qərarla koronavirus böhranı səbəbi ilə Milli Səhiyyə Xidmətindəki böyük problemin aradan qaldırılacağını və sosial qayğıya ehtiyacı olan şəxslərə kömək olacağını vurğulayıb.

Qanun 2022-ci ilin aprel ayından etibarən tətbiq olunacaq.

Bu artım, hökumət rəqəmlərinə görə, ildə 30 min funt sterlinq qazanan bir işçi üçün 255 funt sterlinq, 50 min funt sterlinq gəliri olanlar üçün isə 505 funt sterlinq artımdır.

Geri dön