Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mən bir qəhrəman anası kimi Şuşada olmaqdan qürur hissi keçirirəm
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Mən bir qəhrəman anası kimi Şuşada olmaqdan qürur hissi keçirirəm

Mən bir qəhrəman anası kimi Şuşada olmaqdan qürur hissi keçirirəm


Şuşanın işğalı dövründə ermənilərin bu şəhərdə törətdikləri dağıntıları, vandalizmi əyani görmək insanı dəhşətə gətirir. Bu cür gözəl şəhərdə baş verən vəhşiliklərin, barbarlığın tayı-bərabəri yoxdur. Düşmən cansız daşlara belə güllə atmaqdan, təbiəti viran qoymaqdan çəkinməyib. Bu vəhşiliklər təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş bir cinayətdir.

Bu sözləri “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva Şuşaya səfəri zamanı bildirib.

Vətən müharibəsində Azərbaycan dövlətinin və xalqının bütün dünyaya öz gücünü göstərdiyini, “dəmir yumruq” birliyi ilə haqq və ədalət savaşından qalib çıxdığını qeyd edən S.Mustafayeva hazırda ölkəmizin işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri ilə də bütün dünyanın diqqətini cəlb etdiyini bildirib: “Biz fəxr edirik ki, güclü, qalib Azərbaycan xalqının nümayəndələriyik. Şuşanı ziyarət etməkdən hədsiz xoşbəxtəm. Oğlum Kamil Balakişiyev də Şuşanın alınmasında iştirak edib. Mən bir qəhrəman anası kimi də Şuşada olmaqdan qürur hissi keçirirəm. Azərbaycan xalqına ancaq qələbə və zəfər yaraşır”.

Geri dön