Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağdamlı ziyalı: Çox təsirli bir hissdir, kədərlə sevinc bir-birinə qarışıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Ağdamlı ziyalı: Çox təsirli bir hissdir, kədərlə sevinc bir-birinə qarışıb

Ağdamlı ziyalı: Çox təsirli bir hissdir, kədərlə sevinc bir-birinə qarışıb


Çox təsirli bir hissdir, kədərlə sevinc bir-birinə qarışıb. Sevinirik ki, Ağdamdayıq. Bundan böyük xoşbəxtlik ola bilməz.

Bunu Ağdam şəhərinə səfər etmiş rayon ziyalısı Allahverdi Nəsiboğlu söyləyib.

Məktəbdə müəllim işləyən A.Nəsiboğlu deyib: "5-6 il əvvəl şagirdlərlə bir müsahibə keçirmişdim. Şagirdlərin əksəriyyəti sorğuda "Ağdam", "Qarabağ" yazmışdılar. "Ağdam", "Qarabağ" sözləri onların qəlbində genişlənərək, Vətənə, Vətənin azadlığına, Qarabağın işğaldan azad edilməsinə çevrildi.

Ağdamın onun üçün çox müqəddəs bir yer olduğunu diqqətə çatdıran Allahverdi müəllim deyib: "Ağdam həmişə mənim Kəbəm, Məkkəm, Mədinəm olub. Çox şükürlər olsun ki, Ağdam və digər ərazilərimiz işğaldan azad edilib. Mən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Belə bir misra var:

Bəlkə də borcundan çıxmadım Vətən

Ömür bahar deyil bir də qayıtsın.

Öləndə qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın.

Şəhidlərimiz Vətən uğrunda bir ovuc torpağa çevrildilər, Amma Qarabağı özümüzə qaytardılar. Bizi, özümüzü özümüzə qaytardılar. Bu gün mənim üçün çox dəyərli gündür. Bu günü bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, Müzəffər Ali Baş Komandana və qazilərimizə cansağlığı diləyirəm".

Geri dön