Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran ideoloji təxribatlarına Şəhriyarı da alət edir: “Bu, siyasi oyunbazlıqdan başqa bir şey deyil”
İran ideoloji təxribatlarına Şəhriyarı da alət edir: “Bu, siyasi oyunbazlıqdan başqa bir şey deyil” |
"Neçə ildir ki, Şəhriyarın anım gününün “Milli fars şeiri və ədəbiyyatı günü” kimi qeyd edilir. Lakin ötən illər ərzində bu mərasimin layiqincə keçirilməyib. Bu il Şəhriyarın anım günü və milli fars şeiri və ədəbiyyatı günü daha təntənəli keçirilməlidir.
Təbriz Universitetinin Şəhriyar adına mükafat təsis etməsi Azərbaycan, Gürcüstan və Türkiyə cümhuriyyətlərindən olan şəhriyarşünasların cəlb olunmasına yardım edib”- Purməhəmmədi belə deyib. Vali deyib ki, 18 sentyabrın həm Şəhriyarın anım günü, həm də "Milli fars şeiri və ədəbiyyatı günü" kimi qeyd edilməsinin əsas məqsədin Qafqazda İranın təsir imkanlarını artırmaqdan ibarətdir. AMEA-nın əməkdaşı, fəlsəfə doktoru Faiq Ələkbərli Günaz.TV-yə açıqlamasında bildirib ki, "Milli fars şeiri və ədəbiyyatı” gününün əsasən, Azərbaycana və Məhəmməd Hüseyn Şəhriyara aidiyyatı yoxdur. “Doğrudur, Azərbaycan ziyalılarından bəziləri, o cümlədən Şəhriyar fars dilində bəzi əsərlər yazıblar. Ancaq bütövlükdə onların adlarını və anım günlərini milli fars şeiri və ədəbiyyatı ilə bağlamaq kökündən yanlışdır. Bu baxımdan həmin məsələ ilə bağlı qurulan komitənin toplantısında çıxış edən Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədrza Purməhəmmədi dahi Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyardan bu formada bəhs etməsi qəbuledilməzdir. Çünki Şəhriyarın anım gününün milli fars şeiri və ədəbiyyatı ilə bağlamaq siyasi oyunbazlıqdan başqa bir şey deyil”-deyə, filosof alim deyib. Faiq Ələkbərlinin sözlərinə görə, Şəhriyarın adı milli Türk-Azərbaycan şeiri və ədəbiyyatı ilə bağlıdır: “Bunu Məhəmmədrza Purməhəmmədi də, başqaları da gözəl bilir. Valinin bu açıqlaması aşkar bir şəkildə təxribat xarakteri daşıyır. Üstəlik, onun bütün bunları Qafqazla əlaqələndirmək cəhdi şübhələrmizi daha da artırır. Açıq-aşkar görünür ki, “Şəhriyarın anım günü" və "Milli fars şeiri və ədəbiyyatı günü" adı altında Molla-Fars rejimi öz çirkin niyyətlərini həyata keçirmək istəyir. Çox təəssüf ki, bu məqsədlə də Şəhriyarın adı fars dili və ədəbiyyatı ilə əlaqələndirilir”. F.Ələkbərli hesab edir ki, Azərbaycan dövləti bu kimi məsələlərdə diqqətli olmalıdır: “Çünki molla rejimi Şəhriyarın adından sui-istifadə edərək təxribatlara əl atır. Ümid edirəm ki, rəsmi Bakı və müvafiq dövlət orqanları molla rejiminin bu kimi təxribatlarının qarşısını alacaq. Bunlardan biri də Şəhriyarın anım gününün Azərbaycanda keçirilməsi və Milli Azərbaycan Türk şeiri və ədəbiyyatı kimi təqdimatıdır. Bu olduqca vacib məsələ olduğu üçün qabaqlayıcı addımların atılmasına ehtiyac vardı Geri dön |