Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda aparılan araşdırmanın nəticəsi şok etdi: Tibb bacılarının 38 faizi intihar etməyi düşünüb
İranda aparılan araşdırmanın nəticəsi şok etdi: Tibb bacılarının 38 faizi intihar etməyi düşünüb |
Senrtyabrın 10-da mediaya açıqlamasında o, deyib ki, aparılmış araşdırmanın nəticələrinə görə, ölkədə koronavirus pandemiyasının geniş yayılması və xəstəlikdən ölənlərin sayının faciə həddinə çatması Məlayer xəstəxanalarında çalışan tibb bacılarının intihara meyillənməsinə gətirib çıxarıb.
“Araşdırmanın nəticələri göstərir ki, koronavirus pandemiyası dövründə Məlayer xəstəxanalarında çalışan tibb bacılarının ən azı 38 faizi intihar haqqında düşünüb və ya intihara hazırlaşmağa meyilləniblər. Araşdırma nəticələrinə görə, tibb bacıları kişi həmkarları ilə müqayisədə daha çox iztirab, həyəcan və depressiya keçiriblər və subay tibb bacıları isə evli həmkarları ilə müqayisədə daha çox intihar düşüncəsində olublar”, -deyə İran Psixoloji Sistem Təşkilatının mərkəzi şurasının üzvü Fəriborz Tac bildirib. Xatırladaq ki, cari ilin may ayında paytaxt Tehran xəstəxanalarında çalışan ixtisaslaşmış tibb tələbələrindən (rezidentlər) bir neçəsinin bir-birinin ardınca intihar etməsi barədə məlumat yayılmış, rezidentlərin zəncirvari intiharının araşdırılacağı bildirilmişdi. Həmçinin İran Tibb Bacısı Sisteminin ali şurasının üzvü Yusif Rəhimi bir neçə gün əvvəl mediaya açıqlamasında ölkə xəstəxanalarında çalışan tibb bacıları arasında xarici ölkələrə mühacirət etmək tendensiyasının güclənməsindən xəbər vermişdi. “Tibb bacılarının 6 faizindən çoxu artıq xarici ölkələrə mühacirət etməyə üstünlük verir. Bununla da demək olar ki, hər il təxminən 1500-dən çox tibb bacısı ölkəni tərk edərək xarici ölkələrə mühacirət edirlər. Tibb bacılarının mühacirət etməsinin digər bir səbəbi də maaşların aşağı olması və onların aldığı həmin maaşlarla öz həyatlarını təmin edə bilməmələri ilə əlaqədardır”-İran Tibb Bacısı Sisteminin ali şurasının üzvü Yusif Rəhimi bəyan edib. Geri dön |