Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda regionların inkişafı prioritet istiqamətdir
Azərbaycanda regionların inkişafı prioritet istiqamətdir |
Dünya ölkələrinin böyük əksəriyyətinin pandemiya şəraitində iqtisadi tənəzzül yaşadığı bir vaxtda Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin müdrik siyasəti, reallaşdırdığı önəmli layihələr hesabına uğurlu göstəricilər əldə edir. Bu, son illər ərzində neft və qazdan asılılığın azaldılması məqsədilə sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması, müasir texnologiyaların, elektron kənd təsərrüfatı sisteminin tətbiqi, özünüməşğulluq proqramının icrası, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlbi və sair kimi tədbirlərin gerçəkləşdirilməsinin məntiqi nəticəsidir.
Bunu açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib. O bildirib ki, respublikada möhkəm iqtisadi bazanın yaradılması sayəsində sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalında davamlı artım nəzərə çarpır. Respublikanın enerji sistemində reabilitasiya proqramı uğurla həyata keçirilir. Xarici tərəfdaşlar cəlb edilməklə bərpaolunan enerji növləri üzrə elektrik stansiyalarının tikintisinə dair müqavilələr reallaşdırılır. Azərbaycan bu gün 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradıb. Son 18 ildə ölkəmizin əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız güclənib. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib. Emin Bağırov qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın regionlarının inkişafına xüsusi önəm verir, bölgələrdə vaxtaşırı səfərlərdə olur, əhalinin sosial şəraiti ilə maraqlanır, sosial-iqtisadi sahələrdə olan problemlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar və tövsiyələr verir. “Bu fikrin təsdiqi olaraq, Prezident İlham Əliyevin sentyabrın 14-də Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən, dövlətimizin başçısının diqqətə çatdırdığı bir məqamı xatırlatmaq istərdim. Ölkə rəhbəri regionların inkişafı istiqamətində görülən işlərə toxunaraq, son illərdə rayonlarda genişmiqyaslı tikinti-quruculuq tədbirləri həyata geçirildiyini, çox böyük sənaye və kənd təsərrüfatı, turizm potensialından səmərəli istifadə olunduğunu, beynəlxalq standartlara uyğun yollar, qaz, su və elektrik xətləri çəkildiyini, suvarma sistemlərinin, su anbarlarının yaradıldığını, xəstəxanaların, məktəblərin, idman qurğularının tikildiyini vurğulayıb. Eyni zamanda, rayonlara həm yerli, həm də xarici investisiyaların cəlbinin zəruriliyini bildirib: “Bu olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz. Onsuz da bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülmüşdür və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar”. Azərbaycan Prezidentin vurğuladığı kimi, həm yerli, həm də xarici investisiyalar regionların sürətli inkişafını sürətləndirən əsas amillərdən biridir. Buna görə də Azərbaycanda son illər ərzində investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, bütün bunların nəticəsində isə əhalinin həyat şəraitinin yaxşılaşdırılması iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılıb. Əsas məqsəd isə respublikamızın bölgələrində infrastrukturun inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılması olub. Bunun üçün, ilk növbədə, yolların inşası və yenidən qurulmasına xüsusi önəm verilib. Bu, həm sosial, həm də iqtisadi layihələr kimi mühüm əhəmiyyət daşıyıb. Həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılıb. Bu, eyni zamanda, aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verib, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradıb. Regionlarımızda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurularaq, istismara verilməsi, turizm sənayesinin inkişafı, körpələr evi-uşaq bağçalarının tikintisi, uşaq təhsil-tərbiyə müəssisələrində əsaslı təmir və yenidənqurma işlərinin aparılması da, paytaxtla yanaşı, bölgələrimizdə də sosial sahədə əvvəllər mövcud olan çatışmazlıqların aradan qaldırılmasına müsbət təsir göstərib”, - deyə Emin Bağırov fikirlərini yekunlaşdırıb. Geri dön |