Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Ağdam ziyalısı: Ağdama alnıaçıq, üzüağ gəlirik
Ağdam ziyalısı: Ağdama alnıaçıq, üzüağ gəlirik |
Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində işğaldan azad edilmiş Ağdam şəhərinə gəldiyim üçün çox qürurluyam, böyük fəxr duyuram. Eyni zamanda, illərdir xəyalımda yaşatdığım o gözəl Ağdamın əvəzinə yerlə yeksan edilmiş, viran qalmış bir şəhər görmək olduqca ağırdır.
Bunu Ağdam şəhərinə səfər etmiş rayon ziyalısı Məsud Həmzəyev söyləyib. O, deyib: “Ağdamda çox dəhşətli bir mənzərə ilə qarşılaşdım. O gözəllikdə şəhərdən əsər-əlamət qalmayıb. Ağdamın görüntülərini televiziyadan, internetdən çox seyr etmişdim. Ancaq bu gün burada törədilən vandalizmi gözlərimlə gördüm. Uşaqlığımın keçdiyi bir şəhəri belə görmək mənə çox ağırdır. Bu dayandığımız yerdə - İmarət stadionunda 1989-cu ildə "Xarıbülbül" festivalı keçiriləndə buradakı abidələri bir-bir gəzmişəm. İndi baxıram, İbrahimxəlil xanın türbəsi, Xurşidbanu Natəvanın qəbirüstü abidəsi dağıdılıb, Pənahəli xanın imarəti təhqir edilib. Bütün bunlar ermənilər tərəfindən törədilmiş vandalizmin göstəriciləridir. Ancaq bizim üçün çox qürurvericidir ki, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Bununla həm bizim və həm də gələcək nəsillərin üzərindən qara ləkə silinmiş oldu. Biz indi Ağdama alnıaçıq, üzüağ gəlirik. Vətən müharibəsində bir olub Qələbə qazandığımız kimi, bundan sonra da bir olub, azad edilmiş ərazilərimizin yenidən qurulması, çiçəklənməsi üçün dövlətimizə, Prezidentimizə dəstək olmalıyıq”. Geri dön |