Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ermənistan parlamenti "Artsax və ya Qarabağ" adından imtina etdi... Gəlişmənin təfərrüatları...
Ermənistan parlamenti "Artsax və ya Qarabağ" adından imtina etdi... Gəlişmənin təfərrüatları... |
Fərəc Quliyev: “Belə bir vəziyyətdə parlamentin həmin adı qəbul etməsinin yalnız ziyanı ola biləcəyini düz hesablayıblar”
Ermənistan parlamenti sentyabrın 13-də müxalif Hayastan fraksiyasının “xarici əlaqələr” komissiyasının adının dəyişdirilərək “xarici əlaqələr və Artsax (Qarabağ-red) məsələləri” üzrə komissiya edilməsi barədə təklifini qəbul etməyib. Erməni mediası bildirir ki, parlamentdə mütləq çoxluğa malik hakim “Vətəndaş müqaviləsi” partiyası səsvermədə iştirak etməyib. Bundan bir neçə gün əvvəl dövlət-hüquq məsələləri daimi komissiyası bu təkliflə bağlı mənfi rəy vermişdi. Həmin komissiyanın sədri Vladimir Vardanyan sentyabrın 13-də təkrarən bildirib ki, komissiyanın adının dəyişdirilməsi Ermənistan və Dağlıq Qarabağın qarşısında dayanan problemləri həll etmir: “Təklif olunan qərar layihəsinin bir hissəsi Ermənistan və Artsax (Qarabağ-red) parlamentləri arasında razılaşma əsasında yaradılmış bu komissiyanın səlahiyyətlərinə aid idi”. Keçmiş prezident Robert Köçəryanın Hayastan fraksiyasından deputat olan Armen Rustamyan deyib ki, hakimiyyətin Qarabağdan ümumiyyətlə imtina etmək niyyətinin olmasına əsaslı şübhələr yaranıb: “2020-ci ildə Artsax Respublikasının yeni milli məclisinin seçilməsindən bəri bu komissiyanın çərçivəsində bircə iclas da çağırılmayıb, yəni bunun ardınca siz bu komissiyaların yaradılması ideyasını, ümumiyyətlə Artsax adını rədd edirsiniz və deyirsiniz ki, bu, reallığa uyğun deyil”. Ermənistan parlamentinin Qarabağ adından nümayişkaranə şəkildə imtina etməsi nə ilə bağlıdır? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın ağıllı davrandığını demək olar: “Mövcud reallıqları qəbul etməyə başlayıblar. Necə deyərlər, qaşınmayan yerdən qan çıxarmaq istəmirlər. Güya “Artsax” ifadəsini işlətsəydilər nə qazanacaqdılar? Köçəryan xal qazanmaq istəyibsə, Paşinyan təbiidir ki, onun əlinə oynamaz. Üstəlik də bilirlər ki, belə bir adın qəbulu müharibəyə bərabərdi. Paşinyan öz cəmiyyətinin nəbzini yoxlayıb. Görüb ki, onlar müharibə istəmir. Belə olan təqdirdə, niyə yenidən müharibə ritorikasına qayıtsın? Görünür ki, Köçəryan Moskavadan aldığı göstərişə uyğun olaraq regiondakı vəziyyəti yenidən qızışdırmağa çalışır. Biz görürük ki, Paşinyan bir qədər fərqli davranış ortaya qoyur. Sərhədlərin dəqiqləşməsinin vacibliyini deyir, Zəngəzur dəhlizi ilə bağlı tam fərqli fikirlər söyləməyə başlayıb. Türkiyə-Azərbaycan hava yollarına aid təyyarələr Ermənistan üzərindən uçuş edir. Belə bir vəziyyətdə parlamentin həmin adı qəbul etməsinin yalnız ziyanı ola biləcəyini düz hesablayıblar. Bilirlər ki, bu həm Ermənistana ziyandır, həm də Paşinyanın rəhbərlik etdiyi partiyanın hakimiyyətdən getməsinə şərait yarda bilər. Anlayırlar ki, belə olacağı təqdirdə Azərbaycan yenə yumruğunu işə sala bilər. Ancaq bu heç də o anlama gəlmir ki, ermənilər Qarabağdan əl çəkməkdə səmimidirlər. Onların Konstitusiyasında müddəa var ki, Qarabağ və Türkiyənin bəzi ərazilərini özlərinki kimi qəbul edirlər. Həmin bəndləri bugünə qədər də çıxarmayıblar. Ermənistan güclənərsə, yenə həmin iddiaları dəstəkləyəcəklər. Bunu biz bilirik. Onlar Konstitusiyanı dəyişib, Türkiyə və bizimlə açılıma gedərlərsə, Zəngəzur dəhlizinin fəaliyyətinə mane olmazlarsa, onda bir az da olsa səmimiyyətlərinə inanmaq olar. İndiki zamanda isə onları buna mövcud real şərtlər məcbur edir”. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |