Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "48 partiya Prezidentin yanındadır" - MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > "48 partiya Prezidentin yanındadır" - MÜSAHİBƏ

"48 partiya Prezidentin yanındadır" - MÜSAHİBƏ


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev SİA-ya müsahibə verib. Müsahibəni sizə təqdim edirik:

- Fərəc bəy, ölkəmizdə partiyalararası əməkdaşlıq münasibətləri cəmiyyətdəki birliyin, həmrəyliyin ruhuna uyğundurmu?

- Ümumiyyətlə, istənilən zamanda bu dialoqa alternativ yoxdur. Çünki, hər hansı məsələni masada həll etmək mümkündürsə, onu meydanlarda həll etməzlər. Mən həmişə bunun demişəm ki, əgər danışmaqla həll olunan məsələni dalaşmaqla həll etməyə cəhd varsa, bu ağılsızlıqdır. 2002-ci ildən mən deyirəm ki, mütləq dialoq vacibdir. İndi hətta dialoqda iştirak edən bəzi partiya rəhbərləri belə o vaxt mənə ciddi təpki göstərib. Yanaşma onu göstərir ki, Azərbaycan tərəfində artıq bu həm də sosial sifarişə çevrilib. Nəticələr var. Bunun ən mühüm nəticəsi odur ki, müharibədən əvvəlki dialoq başladı və cənab Prezidentin sərəncamı ilə siyasi partiyalar və parlamentdə işgüzar şöbə yarandı. Çox uğurlu kadr oldu. Yəni 48 partiya ilə baxmayaraq ki, hərənin bir xasiyyəti var, çox normal mühit yaratmaq mümkün oldu. Sonra siyasi nəticələr ortaya çıxdı. Müharibə zamanı partiyaların birgə bəyanat verməsi, hamının bir əsgər kimi bu məsələlərdə dövlətlə və dövlətçiliklə bir yerdə olması bu dialoqun nəticəsidir. Ümumiyyətlə, hər bir partiya kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, təbii ki, arxasında bir elektoratı daşıyır. Partiyaların birliyi əslində cəmiyyətin birliyi deməkdir. Bu elektoratın da hamısının təsir imkanı var. Bölgələrdə ictimai rəy liderləri olsun, yaxud da mərkəzdə ictimai rəy liderləri olsun. O mənada partiyalar arasında əlaqələrin sivil qaydada tənzimlənməsi, xüsusilə iqtidar-müxalifət münasibətlərinin bu səviyəyə çıxması bütövlükdə ölkənin əhval-ruhiyyəsinə, ölkənin gələcəyinə xidmət deməkdir. İkinci bir tərəfdən partiyalar arasındakı əlaqələrdə də dəyişikliklər yarandı. Uzun müddət bəzi partiya rəhbərləri bəlkə bir-birləri ilə heç görüşmürdülər, əlaqələri yox idi. Partiyalararası münasibətlərdə də müəyyən yumşalmalar baş verdi. Mən o mənada hətta bu qədər isti bir münasibətin yaranmasını, bütün məsələlərə ortaq yanaşmanı görüb siyasi partiyaların bir görüşündə təkliflə çıxış etdim. Təklif etdim ki, bəlkə bunu daha dərin bir formata çevirmək mümkündür. Bunu bir məşvərət məclis səviyyəsinə gətirmək olar. Burada hər şey konsensusla hərəkət edəcək, yəni hər kəs nəyinsə altına qol çəkməli deyil. Elə məsələlər var ki, orada müzakirə olunsun. Bu məsələlər cəmiyyətin ortaq bir fikri kimi verilsin. Ana məqsədim bunun bir ildırımötürücü effekt yaratması idi. Hakim partiya və cənab Prezident bilsin ki, 48 partiya onun yanındadır.

- Siyasi partiyalar xarici müdaxilərlə mübarizə ilə bağlı 8 bəyanat və 2 müraciət etdi amma bunların arasında AXCP və Müsavat partiyaları olmadı. Deyə bilərik ki, bu partiyalar gedən proseslərdə tamamilə kənarda qaldılar?

- Burada iki məsələ var. Birinci burada münasibət təkcə o səkkiz sənəddən ibarət deyil. Partiyalar ayrı-ayrılıqda da münasibət bildirmişdilər. Mən özüm bizim partiyanın adından müxtəlif instansiyalara müraciətlər göndərmişəm. Avropa Parlamentində olan fraksiyalara öz dillərində müraciət göndərmişdim. Ermənistanın Metsamor Atom Elektrik Stansiyası ilə bağlı mənim Moldovada çıxışım olub. Həmin çıxışımı hər yerə göndərmişdim, xüsusilə də, almanlara göndərmişdim. Yaşıllar Partiyası bu məsələdə olduqca həssasdırlar. Təbii ki, başqa partiyalar da o cür çıxış etmişdilər. İkincisi hansısa təşkilatın qoşulub-qoşulmamasına gəldikdə, keçən dəfə bir videokonfrans oldu. Hörmətli Ədalət müəllim dedi ki, hansısa təşkilatın qoşulmuram deyib qoşulmamasını başa düşərik. Amma qoşuluram, ancaq mənim başqa funksiyonerim burada iştirak edəcək deyilməsi bir cığallıq növüdür. Mən orada da fikrimi dedim burada da deyirəm, məncə, başqa dövlətlərlə ciddi şəkildə əlaqələri olan ölkəyə qarşı davranışları olan partiyaların heç bu qurumda olması vacib deyil.

- Necə düşünürsünüz cəmiyyətdə olan milli birliyi AXCP və Müsavat partiyası pozmaq istəyirmi?

- Bizim partiyaların əsas işi ondan ibarətdir ki, ictimai rəyi düzgün şəkildə formalaşdıraq. Biz milli maraqların təmin olunması üçün, cəmiyyətin birliyinə nail olmalıyıq. Bəzən bizim cəmiyyətə dediyimiz elə fikirlər ola bilər ki, süngü ilə qarşılansın xoşa gəlməsin. Mən siyasi adamam. Mən bilirəm ki, dediyim söz hansı kəsimə xoş gəlməyəcək. Bir müxalifətçi kimi bildirmişəm yenə bildirirəm ki, biz fərdlərə qarşı deyil. Biz kim milli maraqlara zidd hərəkət edirsə, onun qarşısındayıq, kim də milli maraqlara uyğun hərəkət edirsə, onun yanındayıq. Ona görə də o sözlərimi bəyənməyən kəsimə görə, mən fikir deməli deyiləm. Bilərəkdən və ya bilməyərəkdən AXCP və Müsavat bu məsələlərə maneə olur. Hər nə qədər şəxsi maraqlar, partiya maraqları olsa da, dövlət maraqları bunun hamısından üstündür. Biz xoşbəxtliyimizi fərdi qayda da axtara bilmərik bu mümkün deyil. Biz cəmiyyətimizi xoşbəxt etmək istəyirik ki, biz də onun içində xoşbəxt yaşayaq. Əgər o insanlar doğrudan, bunu istəmirlərsə, bu birliyin pozulmasını istəyirsə, bu hər şeydən qabaq onların tayfasına qarşı bir xəyanətdir.

- Nə zamana kimi rus sülhməramlılarının zor gücü ilə orada qalmış bir neçə erməni hələ də yaşamağa davam edəcək?

- Rus sülhməramlı kontingenti adı ilə hərbiçilərin orada olması situativ şərtlərdən asılı olaraq olub. Bizim iradəmizə bağlı olmayıb. Son zamanlar XİN və DİN tərəfindən sülhməramlılardan müvəqqəti olaraq Qarabağda yerləşən rus hərbiçiləri deyə bəhs etdiyini görürük. Onlar müvəqqəti olaraq buradadılar. Burada göstərilən 5 illik müddət maksimum müddətdir. Bu bir il də, üç il də ola bilər. Faktiki olaraq onlar işlərinin öhdəsindən gəlmir. Xüsusilə, erməni tərəfini tutmaq, onların "nazirləri" ilə filan iş görmək onu göstərir ki, onların getməsi tezləşməlidir. Azərbaycan tərəfi istəsə, bir gündə Xankəndiyə girər oradakı separatçıları da çıxarar başqalarını da. Amma bizə bu lazım deyil. Biz məsələni diplomatik yolla həll etmək istəyirik.

Turqay Musayev/sia.az

Geri dön