Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran: Əli Rıza Əskərinin oğurlanmasında MOSSAD təşkilatının əli var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > İran: Əli Rıza Əskərinin oğurlanmasında MOSSAD təşkilatının əli var

İran: Əli Rıza Əskərinin oğurlanmasında MOSSAD təşkilatının əli var


“Fars News”un yaydığı xəbərdə deyilir ki, İran müdafiə nazirinin keçmiş müavini Əli Rıza Əskərinin oğurlanmasında İsrailin MOSSAD təşkilatının əli var. Bu barədə İranın daxili işlər naziri İsmayıl Əhmədi bəyanat verib.

Nazir bildirib ki, general Əsgərini İsrail oğurlayıb və hazırda o, İsrail həbsxanasında saxlanılır.

Qeyd olunur ki, Əli Rza Əskəri 6 il öncə Türkiyədə səfərdə olarkən yoxa çıxıb və indiyə qədər ondan heç bir xəbər yoxdur.

Yalnız 2008-ci ildə “Washington Post” qəzeti yüksək çinli amerikalı məmura istinadən yazmışdı ki, Əli Rza Əskəri könüllü şəkildə İranı tərk edib və “Qərb kəşfiyyatı ilə əməkdaşlıq edir,”Hizbullah”ın İranla əlaqələri haqqında onda çiddi bilgilər var.”

İran tərəfi isə Əli Rza Əskərinin Qərblə əməkdaşlıq etməsi haqqında deyilənlərə inanmır və təkid edir ki,o,oğurlanıb. İsrail tərəfi isə rəsmən elan edib ki,bu işdən xəbərsizdir və həmin general İsrail həbsxanasında saxlanılmır.

Geri dön